Tabloid.az
Nəriman Nərimanovun 145 illik yubileyi qeyd olunacaq
Aprelin 14-də görkəmli yazıçı, publisist, ictimai-siyasi
xadim Nəriman Nərimanovun 145 illik yubileyinə həsr olunan tədbir
keçiriləcək.
Nəriman Nərimanovun xatirə ev-muzeyində keçiriləcək tədbiri Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edəcək.
Ədibin ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə elm,
ədəbiyyat, mədəniyyət xadimləri, məktəblilər, ictimaiyyət
nümayəndələri iştirak edəcəklər. N.Nərimanovun ömür yolundan,
ictimai-siyasi fəaliyyətindən, ədəbi-bədii əsərlərindən söhbət
açılacaq.
N.Nərimanov dövlət xadimi olmaqla yanaşı, həm də bir maarifpərvər
və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb,
ilk qiraətxananı da o, açıb. Ədəbiyyatçı kimi “Bahadır və Sona”
əsəri ilə milli roman janrının, “Nadir şah”la isə ilk tarixi
faciənin əsasını qoyub.
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR