Xalq Rəssamı Tofiq Ağababayevin fərdi sərgisi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Xalq Rəssamı Tofiq Ağababayevin fərdi sərgisi keçiriləcək

Xalq Rəssamı Tofiq Ağababayevin fərdi sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgisinin açılış mərasimi 20.02.2014 tarixində, 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

Sərgidə rəssamın rəngkarlıq, qrafika və keramika sahəsindəki fəaliyyətini əks etdirən əsərlər nümayiş olunacaq.
Tofiq Məmmədəli oğlu Ağababayev 1928-ci il, sentyabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində almış, daha sonra isə Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-sənaye Rəssamlıq Məktəbinin (indiki Baron Stiqlits adına Rəssamlıq Akademiyası) keramika-şüşə fakültəsində təhsilini davam etdirmişdir.

Yaradıcılığının ilk illərindən özünün fərdi üslubu ilə fərqlənən rəssam, dəzgah rəngkarlığı və qrafika növlərində bir çox əsərlərlə bərabər, monumental rəngkarlıq və dekorativ tətbiqi sənət növlərində də əsərlər müəllifi kimi özünü tanıda bilmişdir. Mənzərə, natürmort, portret janrlarında işlədiyi "Köhnə Bakı mədənləri", "Sufi Həmid", "Qırmızı şlyapa", "Abşeron kəndi", "Azərbaycan lirikası" adlı keramik triptix, "Füzulinin portreti", "Şeyx Şamil", "İzzət Orucova", "İlyas Əfəndiyev"in portretləri, "Narla natürmort" və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik istedadlı sənətkar olduğuna əyani sübutdur.

O, müxtəlif yerli və xarici ölkə sərgilərinin iştirakçısıdır. Əsərləri Azərbaycan, Rusiya və ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransa, Rusiya və digər ölkələrin nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Tofiq Ağababayevin yaradıcılığı dövlət tərəfindən daima qiymətləndirilmiş, 1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar ali məktəb işçisi, 1992-ci ildə Azərbacan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı adlarına layiq görülmüşdür. O, eyni zamanda 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.

Tofiq Ağababayev öz bilik və bacarığını həvəslə gənc rəssamlar nəslininyetişdirilməsində əsirgəmir. 1964-2000-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 2000-ci ildən isə Azəbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir, professordur.
Sərgi fevral ayının 28-dək davam edəcək.
Ünvan: Bakı şəhəri, Niyazi küçəsi 11Əlaqə telefonu: (+994 12) 492- 50-19 (114)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm