Azərbaycanlı qız Moskvada qalib oldu
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı qız Moskvada qalib oldu

Azərbaycanlı qızı Jalə Kərimova Rusiyada P.İ.Çaykovskinin 175 illiyinə həsr edilmiş "Bequşşaya volna" uşaq və gənclər yaradıcılığı beynəlxalq festival-müsabiqəsinin laureatı olub.

ANS PRESS-in məlumatına görə, Moskva musiqi məktəblərinin yetirmələrinin iştirak etdiyi festivalda gənc skripkaçı Manuel de Falın "İspan rəqsi"ni ifa edib. Festival-müsabiqənin iştirakçılarını qiymətləndirən münsiflər heyətinə Rusiyanın tanınmış mədəniyyət xadimləri, A.Q.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun müəllimləri daxil idi.

Festivalın sonunda təşkil edilmiş qala-konsertdə Jalə Kərimova "İspan rəqsi"ni bir daha ifa edib. Ona "P.İ.Çaykovski və Moskva" muzeyinin fəxri diplomu təqdim edilib.

Jalə Kərimova Moskva Dövlət Konservatoriyası nəzdində akademik musiqi kollecinin tələbəsi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm