Tabloid.az
Parisdə Azərbaycan kinolarının nümayişi keçirilib
Parisdə “L’Entrepôt” kinoteatrında “Europe by Europe Film Festivalı” nın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunmuş kino gecəsi keçirilib.
Publika.az-ın məlumatına görə tədbir, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
Kinosevərlər dörd qısametrajlı filmlə tanış olublar. Tomas Qoltzun “Ofsayd”, Teymur Hacıyevin “Yara”, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanov və Engin Kundağın “Torn” filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar arasında Macarıstan və İspaniya kinorejissorları da vardı. Sözügedən azərbaycanlı rejissorların qısametraşlı filmləri festival üçün seçilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən festivalın direktoru İrena Biliç artıq dörd il ərzində ardıcıl olaraq Azərbaycan filmlərinin təqdimatını keçirməkdən öz məmnunluğunu bildirib.
Bu il festival üçün seçilmiş filmlər Azərbaycan cəmiyyətinin müstəlif tərəfləri haqda bəhs edilir. “Ofsayd” filmi Qarabağın Ağdam futbol komandasından danışır ki, o, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qalıb. “Yara” filmi Azərbaycanın Sovet hakimiyyəti altında yaşayan yaşlı nəsil və qərb həyat tərzinə keçidi başa vurmuş gənc nəsil arasında olan boşluğu nümayiş etdirir. “Sonuncu” adlı film isə nəsillər arasında mövcud olan boşluğu daha çox metafizik və bədii formada göstərməyə çalışıb.
Sonuncu “Torn” filmində bir ailənin həyatı haqqında bəhs edilir. Bu sosial mövzu gənc istedadlı aktyor Mir-Mövsüm Mirzəzadə tərəfindən bacarıqla interpretasiya edilmişdir.
Xatırladaq ki, “Torn” və “Sonuncu” filmləri ötən il Kann Film Festivalında qısametrajlı film kateqoriyasında rəsmi olaraq seçilib.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı