Günayın klipində ölüm hadisəsi-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Günayın klipində ölüm hadisəsi-FOTOLAR

Günayın klipində ölüm hadisəsi

Müğənni Günay İbrahimli yeni klipinin çəkilişini başa çatdırıb. Publika.Az-ın məlumatına görə müğənni klip çəkiminin bir hissəsini Qobustanda, digər hissəsini isə qəbirstanlıqda reallaşdırılıb.

“Ola bilərdin“ mahnısına klip çəkdirən Günay qəddar bir obrazı canlandırıb. Klip barəsində sənətçi belə deyir:

Klip çəkilən mahnının adı “Ola bilərdin?” adlanır. Musiqisi Pərviz Mahmudov, sözləri Leyli İsrafilova, oranjımanı isə Tərlan Məmməhüseynova məxsusdur. Bu dəfə klipimin çəkilişini rejissor Rza Əsgərova həvalə etmişəm. Həmişə şıltaq obrazlara çəkilsəm də bu dəfə ciddi bir obraz oynayıram. Qəddar obrazın sahibiyəm. Qəbirstanlıqda çəkilişlər reallaşacaq. Hələ ki, Qobustanda çəkilişimiz davam edir. Mahnının sözlərinə uyğun olaraq mən “diri ölü” olacam. Oğlanı oldürməyə çalışacam. Ətraflı klipdə görəcəksiz”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm