“Azərbaycanda savadlı həkim tapana kimi qocaldım”
Bizi izləyin

Tabloid.az

“Azərbaycanda savadlı həkim tapana kimi qocaldım”

“Azərbaycanda savadlı həkim tapana kimi qocaldım”

Caz ifaçısı Emma Ələkbərzadə qida rasionu və yeni layihəsindən danışıb.

Publika.Az xəbər portalına açıqlama verən ifaçının yeni proqramı gələn həftədən etibarən yayımda olacaq. Emma bu barədə belə deyir:

“ Yeni bir layihə üzərində çalışıram. Reytinqli internet kanallarının birində yeni proqramım işıq üzü görəcək. Gələn həftədən çəkilişlər başlayır. Bu verilişlə mən və mənim komandam xanımlarımıza dəyərli məsləhətlərini verəcəklər. Arıqlamaq asan, çəkini saxlamaq çətindir. Verilişdə savadlı həkimlər olacaq. Azərbaycanda savadlı həkim tapana kimi mən qocaldım. Mən həkimlərin əksəriyyətindən çox bilirəm. Ət yeyən zaman 25 dəfə çeynəməlisən. Yeməyi udmamaq lazımdır. Əsas odur ki, yeməyi çeynəyəsən”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm