Eynək seçərkən nələrə diqqət etmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Eynək seçərkən nələrə diqqət etmək lazımdır?

Günəş eynəyi alarkən 5 maddəni diqqətdə saxlayın

Eynəklər bu yaz da fərqli modelləri və rəngləri ilə diqqət çəkir. Eynək alarkən kimi geyiminə, kimi saç rənginə görə seçir, kimi də qiymətinə fikir verir. Ancaq çox az adam aldığı eynəyin keyfiyyətilə maraqlanır. Halbuki həkimlər keyfiyyətsiz günəş eynəyinin insanı kor edə biləcəyini deyirlər. Buna görə də günəş eynəyi seçərkən onu sadəcə aksesuar kimi yox, həm də göz sağlamlığınız üçün bir vasitə olaraq görün.

Tabloid.az sizə keyfiyyətli günəş eynəyinin necə seçiləcəyini izah edəcək:

Günəş eynəyi alarkən bu 5 maddəni diqqətdə saxlayın.

  1. Keyfiyyətli eynək ultrabənövşəyi A və ultrabənövşəyi B şüalarından gözü qorumalıdır. Bu haqda eynəyin üzərinə yapışdırılmış etiketdə məlumat olmalıdır.
  2. Dəbə uyğun olsa da, olmasa da geniş çərçəvəli eynək alın.
  3. Qara rəngli eynəyin günəşdən daha yaxşı qoruduğu fikri yanlışdır.
  4. Elə eynək alın ki, göz ətrafı qırışlarınızı örtsün. Çünki günəş şüaları onların daha da dərinləşməsinə səbəb olur.
  5. Günəş şüaları gözləri rəngli (göy, yaşıl) olan insanlara daha çox təsir edir. Gözünüz qara və şabalıdı rəngdə deyilsə, günəş eynəyi alarkən daha diqqətli olmalısız. Əgər gözünüzdə zəiflik varsa, günəş eynəyi almadan öncə mütləq həkimlə məsləhətləşin.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm