Azərbaycanın birinci xanımı Mehriban Əliyeva moda təqdimatında - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva moda təqdimatında - FOTOLAR

“Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatından.Mayın 31-də Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı keçirilib. Tabloid.az "buro247.az" moda saytına istinadən xəbər verir ki, gecədə Azərbaycanın birinc

“Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatından


Mayın 31-də Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı keçirilib. Tabloid.az "buro247.az" moda saytına istinadən xəbər verir ki, gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.

Milli muzeylərimizin kolleksiyasında zəngin və dolğun təqdim olunan geyimlər, bəzək əşyaları və xalçaçılıq məmulatları məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını ehtiva edən kolleksiya yaratmağa sövq edib. Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film nümayiş olunub, ardınca dizaynerin Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.

Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişində tanınmış model İrina Şeyk də səhnəyə çıxıb. Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm