İlhamə od püskürdü
Bizi izləyin

Tabloid.az

İlhamə od püskürdü

“Natavan nə müsəlmandır, nə də mədəniyyət sahibi” QALMAQAL

“Natavan nə müsəlmandır, nə də mədəniyyət sahibi” QALMAQAL

Müğənni Natavan Həbibinin tədbirlərin birində küsülü olduğu xalq artisti İlhamə Quliyevaya salam verməməsi yeni bir qalmaqal yaradıb. Tabloid.az-ın məlumatına görə, xalq artistinin mətbuat katibi Faiq Ələkbərov Həbibinin hərəkətinə münasibət bildirib və qeyd edib ki, İlhamə Quliyeva gənc ifaçıdan bu hərəkətinə görə incimir:

“Hər bir müsəlman üçün salam müqəddəsdir. Çünki salam Allahın adıdır. Amma vurğulayıram: Hər bir müsəlman üçün... Odur ki, biz Natavan Həbibidən incimirik. Çünki tərbiyəsi, mədəniyyəti, kübarlığı olan bir insan səhv edəndə ondan küsər, düz yol göstərər və bağışlayarlar. O şəxsin xasiyyətində bunların heç biri yoxdursa, ondan nə küsürük, nə də inciyirik. Böyük sənətkar İlhamə xanımın kölgəsində oturub özünü sənətçi hesab edən Natavan Həbibinin başı çox tez gicəlləndi. Görünür İlhamə xanımın hələ də öz yerini sənət aləmində tapa bilməyən gənc müğənniyə göstərdiyi mərhəməti onu tez çaşdırdı. Və bir vaxtlar İlhamə xanım jest edərək “prinsessa” adlandırdığı Natavan, nəinki bu statusunu qoruya bilmədi, hətta bu statusa yaraşmayan hərəkətlər etdi. Və onun ATV kanalının “Onlar” verilişinə verdiyi müsahibə isə Natavan Həbibinin yaddaşında problemlər olduğunu aşkara çıxardı”.

İlhamə xanım hesab edir ki, baş verənlər Natavanın çox maraqsız və uğursuz keçən konsertindən sonra yaşadığı stresin nəticəsidir:”Bu stress Natavan Həbibiyə çox şeyi unutdura bilər, amma xalqın gözü tərəzidir. Fəxrlə “mən prinsessayam” deyən Natavan Həbibi onun üçün çox böyük şərəf olan “prinsessa” statusunu daşımır. İlhamə xanım onu bu statusdan məhrum etdi. Çünki İlhamə xanımın sənət aləmində parlamaq istəyən, lakin heç bir vəchlə buna müvəffəq ola bilməyən Natavan Həbibiyə göstərdiyi diqqət, ona arxa-dayaq olması özünü doğrultmadı. Bu gün Natavan Həbibi sənət aləmində təkdir, elə həyatda olduğu kimi. Hesab edirik ki, Natavanın şəxsi arxivi araşdırılsa, bu, tamaşaçılar üçün onun sənətindən daha maraqlı ola bilər. Çünki fikrimizcə, bu arxivdə təəccübləndirəcək çox şeylər var...”

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm