Yayın dəb tendensiyası: dənizçi tərzi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın dəb tendensiyası: dənizçi tərzi - FOTOLAR

Moda evlərinin kreativ dizayneləri yeni mövsümdə öz müştərilərini təəccübləndirməkdə davam edirlər. Belə ki, yay mövsümünə xas olan çiçək naxışlarından başqa, geyimlərdə dəniz mövzusuna da geniş yer veriblər. İri moda evlərinin yay kolleksiyalarında dəniz

Moda evlərinin kreativ dizayneləri yeni mövsümdə öz müştərilərini təəccübləndirməkdə davam edirlər. Belə ki, yay mövsümünə xas olan çiçək naxışlarından başqa, geyimlərdə dəniz mövzusuna geniş yer veriblər. Kenzo, Julien David, Miu Mui, Olympia Le Tan kimi iri moda evlərinin yay kolleksiyalarında dəniz abı-havası hökm sürür.

Onların yeni kolleksiyası əsasən, dəniz mövzusuna həsr olunub. Kenzo moda evinin dizaynerləri: Kerol Lim və Umberto Leonun 2014 yaz-yay moda həftəsində nümayiş etdiyi kolleksiya da dəniz mövzusunda idi. Bu kolleksiyada moda evi Blue Foundation şirkəti ilə əməkdaşlıq edib. Bununla, onlar dünya okeanlarının mikroflorasının qorunması uğrunda mübarizə aparmaq üçün birlikdə tərəfdaşlıq ediblər. Bundan başqa, dizaynerlər nümayiş zamanı etiraf ediblər ki, “okean, onun gücü və daimi dəyişikliklər onları həmişə mütəəssir edir”.

Yubkalar, toplar və şortlarda kiçik balıqlar sanki rəqs edir, şalvarlarda və iri həcmli köynəklərdə müxtəlif üfüqi və şaquli cizgilər, əsasən göy və qırmızı rənglər diqqət cəlb edir. Elə bir təəssürat yaranır ki, bu cizgiləri flomasterlə, əllə çəkmisən. Bir növ keçidi xatırladan göy və qırmızı cizgilər sanki dünya okeanlarında çirklənmənin və həddən artıq istehsal məqsədilə balıq ovunu dayandırmağın lazım olduğu mesajını verir.

Yaz-yay mövsümü üçün dizaynerlər dəniz elementlərindən düzəldilən aksessuar və panamalar təklif edir. Həmçinin ayaqqabı və çantalarda da dəniz mövzusu kəskin hiss olunur.

Dənizçi tərzi

Moda trendləri yay mövsümündə dənizlərdən və dənizçilərdən ilham alır. Hər yay aktual olan dənizçi tərzi bu il də öz ənənəsinə xilaf çıxmayıb. Klassik dənizçi tərzi yenidən diqqətimizi çəkəcək. Dənizçi tərzinin bir özəlliyi ondan ibarətdir ki, yay mövsümündə dəbdən düşmür. Keçən il aldığınız geyimləri rahatlıqla istifadə edə bilərsiniz. Dəb dəyişsə də, köhnə geyimlərdən istifadə etmək şansımızı əlimizdən almır və bunun üçün geniş imkanlar təqdim edir.

Dənizçi tərzinin əsas elementləri qırmızı, ağ, qara, mavi rənglər, dənizə, gəmiyə həsr olunmuş aksessuarlardır. Xüsusən də ağ-qara zolaqlı təsvirlərsiz (breton printlər) və papaqsız dənizçi stilini təsəvvür etmək mümkün deyil.

Dənizçi tərzində əsasən, qızılı aksessuarlara daha çox önəm verilir. Eyni zamanda, aksessuarlar sadə və zərif olmalıdır. Taxta bilərziklər, dəri qayışlı saatlar, günəş eynəkləri də dənizçi tərzinin aksessuarlarına daxildir.

Tabloid.az dəniz təsvirləri ilə diqqət çəkən və dənizçi tərzinə aid fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm