Ebru Polad oğurluqda ittiham olunur
Bizi izləyin

Tabloid.az

Ebru Polad oğurluqda ittiham olunur

Ebru Polad azərbaycanlı həmkarı Sabrina adlı ifaçı üçün yeni aranjemanda hazırlanan “Çilli bom” mahnısını oğurlayıb.

Ebru Polad azərbaycanlı həmkarı Sabrina adlı ifaçı üçün yeni aranjemanda hazırlanan “Çilli bom” mahnısını oğurlayıb.

Tabloid.az xəbər verir ki, bu barədə Ebru Polad və layihənin rəhbəri, qardaş ölkənin tanınmış rejissoru, moda və reklam fotoqrafı Şenel Aldı Türkiyə mətbuatına açıqlama verib.

E.Polad bildirib ki, mahnının qanuni haqqları onun özünə məxsusdur. Müğənni iddia edib ki, “Çilli bom” mahnısını hər kimsə oxuyarsa, onu məhkəməyə verib yüksək məbləğdə təzminat tələb etmək hüquqa sahibdir: “Mahnının bütün qanuni haqqları məndədir. Mən mahnı üçün sahibinə ödəniş etdim və rəsmi sənədləri aldım. Mahnını tək mən oxuya bilərəm. Bu mahnının sahibi olan “Taksim edition” yeganə qanuni şirkətdir və mahnını oxumaq üçün sadəcə mənə icazə verilib. Məndə qanuni sənədləri var. Bunun əksini bəyan edənlər bunu sənədlə sübut etmək məcburiyyətindədirlər. Əks təqdirdə, məhkəmədə təzminat iddiası qaldırılacaq. Hər kəs istədiyi mahnını alıb oxuya bilməz”.

E.Polad bildirib ki, mahnını ifa etməyə iddialı olan digər müğənni də sənədi göstərsin:”Onda elə sənəd yoxdur və mahnının sahibindən icazə almayıb. Məndə icazə sənədi var və sadəcə mənim oxumağıma icazə verilib. Qanuni haqq məndə olduğu üçün mən şikayət etsəm, çox böyük pul ödəmək məcburiyyətində qalacaq. Amma mən Azərbaycanlı qardaşlarımı çox sevdiyim üçün əsla şikayət etmərəm”.

Müğənni Sabrinaya “Çilli bom” mahnısını oxumağı təklif edən Ş.Aldı isə çox maraqlı fikirlər səsləndirib. O, qeyd edib ki, Ebru Polad ilə Sabrina dostdurlar və “Çilli bom” mahnısını duet oxumalı idilər: “ Mahnını azərbaycanlı Hatəm Nəbioğlu aranjeman edib. Mahnının ilk ifaçısı Sabrinadır və mahnı məhz Sabrina üçün hazırlanıb. Daha sonra isə Ebru Polad mahnını çox bəyəndi və oxumaq istədi. Mən də Ebru Polada Hatəm bəylə görüşməyini tövsiyə etdim. Onlar görüşdülər və Hatəm bəy də oxumağa icazə verdi. Ebru da oxudu”.

Onun sözlərindəm aydın olur ki, Ebru Polad mahnının Türkiyədə ifa edilmə haqqlarını alıb. Sabrina isə mahnını Azərbaycanda oxuya bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm