Yayın damalı geyim dəbi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın damalı geyim dəbi – FOTOLAR

Keçən il də damalı geyimlər olduqca dəbdə idi. Damalar adətən köynəklərdə özünü daha çox göstərirdi. Lakin bu yay damalar yubkaların üzərinə də köçürülüb. Əgər damalı parçaları süfrəyə bənzədirsinizsə, yanılırsınız. Belə ki, yeni mövsümün ən trend yubkala

Bir neçə mövsümdür ki, moda dünyası həndəsi fiqurlarla dostlaşıb. Keçən il də damalı geyimlər olduqca dəbdə idi. Damalar adətən köynəklərdə özünü daha çox göstərirdi. Bu yay damalar yubkaların da üzərinə də köçürülüb. Əgər damalı parçaları süfrəyə bənzədirsinizsə, yanılırsınız. Çünki yeni mövsümün ən trend yubkaları məhz damalı parçalardan tikiləcək.

Dünyanın “Balmain”, “Oscar de le Renta” və “House of Holland” kimi bir çox nüfuzlu brendləri kolleksiyalarında damalı modellərə yer veriblər. Damalar bəzilərində kiçik, bəzilərində isə böyük formadadır. Damalı geyimlərlə aranız yaxşı deyilsə, stilinizə maraqlı aksessuarlar əlavə edin. Bu yay qarderobunuza damalı yubkaları mütləq daxil etməlisiniz. Hətta çimərlik geyimlərində də damalı modellər dəbdədir.

Damalı yubkaları mövsümün digər trendi olan çiçəkli köynəklərlə də birləşdirə bilərsiniz.

Tabloid.az mövsümün dəbdə olan damalı geyimlərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm