Tabloid.az
Qısa şortları ayaq quruluşunuza uyğun geyinin - FOTOLARI
Artıq şort mövsümü başlayıb. Mağazaların vitrinlərində bir çox şort modelinə rast gələ bilərik. Bəs onlardan hansı bizə daha çox yaraşır?
Yüksək belli, cins, şifon parçalardan tikilən modellər yay mövsümünün ən çox sevilən geyimlərindən biridir. Bu qədər fərqli model arasında özünüzə yaraşanı seçə bilmək yəqin ki, çox çətindir. Tabloid.az yay aylarında hansı şort modelinin sizə yaraşacağını izah edəcək.
Dedi-qodu etməyi xoşlayan qızlar çox vaxt paxıllıqdan deyirlər ki, şortlar ancaq uzun və incə ayaqları olan qızlara yaraşır. Əslində isə belə deyil. Dizaynerlər belə səhvə yol verməklə həm uzun ayaqlara sahib olmayan qadınlara qarşı haqsızlıq etmiş olar, həm də öz ciblərinə böyük zərər vermiş olar. Bu isə onlara qətiyyən sərf etmir. Sadəcə qısa şortları ayaq formasını nəzərə alaraq seçmək lazımdır. Hazırda yüksək belli şortlar çox dəbdədir. Prinsipcə, bu model istənilən bədən quruluşuna uyğundur. Belinizi qibtə ediləcək qədər incə göstərir, qeyri-bərabər hissələri gizləyir.
Nazik bel və arıq ayaqları
Əslində, onların belini qalınlaşdırmaq imkanı var. Enli kəmərlər arıq beli kök göstərə bilir və lazım olan yerlərin həcmini artırır. Şortlar sərbəst və geniş olmalıdır. Üstü şəkilli şort seçmək, birrəngli modellərdən isə uzaq durmaq lazımdır. Üstündəki saçaqlar sizi çox arıq görünməkdən xilas edir.
Dolu ayaqlar
Kök qadın ayaqlarına sahib olanlar dizlərə qədər uzanan yüksək belli şortlar seçə bilərlər. Belə ki, bu model bud hissələrini məharətlə gizlədir. Şortlarda büzmələr və heç bir əlavə detal olmamalıdır. Özünüzü narahat hiss etməmək üçün şortun düz və geniş formada olmasına diqqət edin. İri ciblər isə kök ayaqları öz himayəsi altına alacaq. Kəmər taxmaq olmaz.
Balaca boy
Əgər siz vizual olaraq ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, yüksək belli, lakin çox qısa şortlar seçməlisiniz. Bu stili ancaq hündürdaban ayaqqabı ilə tamamlamaq lazımdır.
Uzun boy
Əgər siz həddən artıq hündür boylusunuzsa, o zaman qısa şortlar sizə görə deyil. Sizə dizdən bir az yuxarı şortlar daha çox yaraşır. Ayaqqabı isə yastı daban olmalıdır.
Əyri ayaqlar
Açıq geyimdə bu qüsuru gizlətmək o qədər də asan məsələ deyil. Ayaqları vizual olaraq düz göstərmək üçün dizdən 5 sm yuxarı, zolaqları şaquli istiqamətdə olan modellərə müraciət edin. Zolaqlar vizual olaraq ayaqları uzadır. Model sadə və bəzəksiz olmalıdır.
QEYD: Şortun kənarlarında olan yarıqlar ayaqları uzun və zərif göstərir. Böyük təsvirlər, üstündəki iri şəkillər və bəzəklər ayaqları kök göstərir. Kiçik şəkillər və sadə bəzəklər isə əksinə, ayaqları uzun və arıq göstərir. Siz bədən quruluşunuza uyğun olan şort seçsəniz, bundan sonra heç kim sizə onun yaraşmadığı barədə irad tutmayacaq.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO