Sağlam olmaq istəyirsənsə, ağıllı qadınla ailə qur!
Bizi izləyin

Tabloid.az

Sağlam olmaq istəyirsənsə, ağıllı qadınla ailə qur!

İsveç tədqiqatçıları kişi sağlamlığının onun arvadının intellektli olmasından da asılı olduğunu söyləyiblər. Bu baxımdan alimlər hesab edirlər ki, kişi özünə ömür-gün yoldaşı seçərkən onun intellektinə ciddi fikir verməlidir. Başqa sözlə, sağlam olmaq ist

İsveç tədqiqatçıları kişi sağlamlığının onun arvadının intellektli olmasından da asılı olduğunu söyləyiblər. Bu baxımdan alimlər hesab edirlər ki, kişi özünə ömür-gün yoldaşı seçərkən onun intellektinə ciddi fikir verməlidir. Başqa sözlə, sağlam olmaq istəyən kişi hisslərdən əlavə ağıllı seçim etməyi düşünməlidir.

Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatların təhlili ağıllı və savadlı xanımı olan kişilərin səhhətinin digərlərinə nisbətən daha yaxşı olduğunu göstərib. Belə ki, onlar gigiyenik qaydalara fikir verirlər, qida rasionlarında meyvə və tərəvəzlərə daha çox yer ayırırlar. Yəni, ağıllı qadınlar ərlərinin qida rasionuna nəzarət və s. məsələlərdə düzgün qərarlar qəbul edirlər.

İntelektli qadının ailə və həyat tərzinin lazımi istiqamətdə inkişafına yardımı olur. Onlar daha səmərəli maliyyə vəsaiti qazanmaqdan əlavə evin idarə edilməsində də bədxərclik etmirlər. Evi idarə etməyi yaxşı bacarırlar. Bütün bunlar təkcə kişilərə deyil, digər ailə üzvlərinin də səhhətinə müsbət təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm