Bir iynə ilə 10 kq arıqlamaq mümkün olacaq
Bizi izləyin

Tabloid.az

Bir iynə ilə 10 kq arıqlamaq mümkün olacaq

Artıq çəkidən ən asan yolla azad olmağın üsulu tapılıb. Avropalı alimləri arıqlamağa kömək edəcək preparat kəşf ediblər.

Artıq çəkidən ən asan yolla azad olmağın üsulu tapılıb. Avropalı alimləri arıqlamağa kömək edəcək preparat kəşf ediblər.

“The Telegraph” xəbər verir ki, bu dərman insanda aclıq hissini öldürür, adam özünü daim tox hiss edir. Preparatın əsasını “iştaha hormonu” adlandırılan liraqlutid təşkil edir. Dərman artıq bu ildən satışda olacaq.

Gündə cəmi bir iynə vurmaqla adam qısa müddət ərzində bədəndə iki ölçü arıqlaya biləcək. Preparatla bağlı təcrübələr aparılıb. Sınaqlar nəticəsində hər gün səhər yeməyinədək liraqlutid iynəsi vurulmuş qadınlar il ərzində 9 kq arıqlayıb. Onların üçdə biri ümumiyyətlə 10 kq artıq çəkini ata biliblər.

Qeyd edək ki, adıçəkilən hormon nəinki doyma hissi yaradır, həmçinin şəkərin artma riskini azaldır, qan təzyiqini aşağı salır və hətta Altsgeymer xəstəliyinin inkişafının qarşısını alır.

Bakupost.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm