Amerikadan “Möhtəşəm yüz il”ə təklif gəldi
Bizi izləyin

Tabloid.az

Amerikadan “Möhtəşəm yüz il”ə təklif gəldi

Bu axşam “Möhtəşəm yüz il”in sonuncu bölümü yayımlanacaq

“Möhtəşəm yüz il” bu axşam yayımlanacaq 139-cu bölümü ilə ekrana vida edəcək.

Tabloid.az xəbər verir ki, ümumilikdə 300 milyondan çox insanın izlədiyi seriala “History Channel” kanalından təklif gəlib.

Serialın prodüsseri Timur Savcı ilə görüşmək istəyən kanal səlahiyyətliləri hazırda İstanbula gəliblər.

Danışıqlar nəticəsində, “Möhtəşəm yüz il” böyük ehtimalla dünyaca məşhur “History Chanell” kanalında yayımlanmağa başlayacaq.

Qeyd edək ki, 4 ildir tamaşaçıların bəyənərək izlədiyi serialın bu axşam yayımlanacaq son bölümündə Qanuni Sultan Süleyman vəfat edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm