Ölkədə "Viaqra"dan ölən kişilərin sayı artır
Bizi izləyin

Tabloid.az

Ölkədə "Viaqra"dan ölən kişilərin sayı artır

Kişilər arasında infarkt hallarının artmasına səbəb olan faktorlar sırasında siqaret və spirtli içkilərlə yanaşı, cinsi aktivliyi artıran dərmanların da rolunun böyük olduğu bildirilir

Son illər Azərbaycanda kişilər arasında ürək xəstəliklərinin sayı artır. Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.


Kişilər arasında infarkt hallarının artmasına səbəb olan faktorlar sırasında siqaret və spirtli içkilərlə yanaşı, cinsi aktivliyi artıran dərmanların da rolunun böyük olduğu bildirilir.

Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında artım qeydə alınıb. Söhbətləşdiyimiz əczaçılar qeyd edirlər ki, apteklərə müraciət edən kişilər arasında cinsi aktivliyi artıran dərmanlar istəyənlərin sayı artıb.


Bu səpkidən olan dərmanların insan orqanizminə hansı fəsadları nələrdir?

Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycanda qan təzyiqinin qalxması nəticəsində ürək ağrılarının artması həm də proteinlərin təsiri ilə bağlıdır.

Tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, Azərbaycanda kişilər cinsi aktivliyi artırmaq daha çox «Viaqra» dərmanlarından istifadə edirlər: "Cinsi aktivliyi artıran dərmanlar öncə qan təzyiqini aşağı salır, sonra sürətlə artırır. Ürəyində problemi olan insanlar gərək belə dərmanlardan istifadə etməsinlər».

Ekspertlər hesab edirlər ki, yaşlı kişilər spirtli içki qəbul edəndən sonra cinsi aktivliyi artıran dərmanların qəbulundan, ümumiyyətlə, imtina etməlidilər: "Yaxşı olardı ki, kişilər cinsi problemləei təbii yolla hazırlanan dərmanlar, xeyirli qidalarla aradan qaldırsınlar. İnsanlar oturaq, passiv həyat tərzindən uzaq olmalı, daha çox meyvə ilə qidalanmalıdılar».

Həkim məsləhət görür ki, kişilər cinsi aktivliyi artıran dərmanlar qəbul etməzdən öncə tibb işçilərinə müraciət etsin.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm