Gözəl və sadə görünmək üçün makiyaj məsləhətləri
Bizi izləyin

Tabloid.az

Gözəl və sadə görünmək üçün makiyaj məsləhətləri

Sadə makiyaj üsulu

Gözəl görünmək üçün ağır makiyaja ehtiyac yoxdur. Həm gözəl, həm də təbii görünmək üçün sadə makiyaja üstünlük verməlisiniz. Lakin nəyi, necə etməli olduğunuzu bilmirsiniz? Elə isə yazımızı oxuyun!

1.Üzünüzün hamar bir görünüş qazanması üçün ilk olaraq dərinizin təmizliyinə diqqət edin. Cild növünüzə uyğun bir məhsulla dərinizi təmizləyib quruması üçün 2-3 dəqiqə gözləyin.

2.Təmizlənmiş dərinizə makiyajın qalıcı olmasını təmin etmək məqsədilə nəmləndirici krem çəkin. Kremin dəriyə hopması üçün bir az gözləyin.

3.Dərinizdəki qüsurları gizlətmək, rəng fərqliliklərini örtmək üçün üz və boyun nayihənizə süngərin köməkliyi ilə tonal krem çəkin. Tonal kremi dəri rənginizdən bir ton açıq, ya da bir ton tünd olmasına üstünlük verin. Göz qapaqlarınız üçün göz korrektorundan istifadə etməyi unutmayın.

4.Gözlərinizi makiyaj edərkən məqsədiniz gözlərinizi olduğundan daha böyük göstərməkdirsə, qara, boz və ya qəhvəyi tonlarda göz qələmi seçin.

5.Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə, yalnız gözlərinizin alt hissəsinə, kipriklərinizdən içəriyə doğru incə bir xətt formasında şəkilləndirin.

6.Göz qələminin təbii və sadə görünməsi üçün kiçik bir fırçayla üzərindən bir neçə dəfə dolandırın.

7. Göz qapaqlarınızın üzərinə açıq qəhvəyi tonlar çəkin.

8.Göz makiyajının son addımı olaraq, gözlərinizin əvvəlindən sonuna doğru tuşdan istifadə edin.

9. Almacıq sümükləri, burun və alnınıza çəhrayı tonlarında allığı böyük fırçayla çəkin. Boyun nahiyənizdə rəng fərqliliklərini yox etmək üçün az miqdarda ənlik sürtüb, ehtiyatla yayın.

10.Ənliyinizlə eyni tonlarda olan dodaq boyasından istifadə etməyə çalışın. Ənliklə eyni tonlarda dodaq boyası istifadə etməklə makyajınıza təbiilik verəcəksiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm