Elnarənin “CİP”i əlindən alındı - FOTO - VİDEO
Bizi izləyin

Tabloid.az

Elnarənin “CİP”i əlindən alındı - FOTO - VİDEO

Yerli şou-biznes nümayəndələri arasında artıq yol hərəkəti qaydalarını pozmaq adi hala çevrilib.

Yerli şou-biznes nümayəndələri arasında artıq yol hərəkəti qaydalarını pozmaq adi hala çevrilib.

Müğənni Elnarə Xəlilovanın idarə etdiyi “Jeep Wrangler” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb. Paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünür ki, müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb.

Videogörüntülürdən görünür ki, “Elnarə” löhvəli avtomobili idarə edən ifaçı Bakının “Əzizbəyov heykəli” adlanan ərazisində yolla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl də edərək “salam” göndərir. Lakin bir neçə dəqiqədən sonra müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın “Azneft” meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı yerindəcə fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, görüntülərdəki 2013-cü il modelli “Jeep Wrangler” markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı bildirib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməllləri yolverilməzdir.

Məsələ ilə əlaqədar Elnarə Xəlilovanın özünün münasibətini öyrənmək istəsək də, müğənni telefon zənglərinə cavab verməyib.

Qeyd edək ki, E.Xəlilova həmin avtomobili ilə olan fotolarını bir neçə gün öncə Facebook-dakı fan səhifəsində də paylaşmışdı.

Tabloid.az saytı bunun qanuna zidd olması haqda məlumat vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm