Gənc qalmaq üçün vacib olan 10 vitamin
Bizi izləyin

Tabloid.az

Gənc qalmaq üçün vacib olan 10 vitamin

Gənc qalmağın sirri bu vitaminlərdə gizlidir

İnsan orqanizmi üçün vitamin və minerallar vacibdir. İmmun sisteminin güclənməsi, o cümlədən gəncliyin və gözəlliyin qorunması üçün də vitaminlərin rolu əvəzolunmazdır.

Ancaq araşdırmalar göstərib ki, vitamin və minerallardan 10-u gənc qalmaq üçün daha önəmlidir.

Tabloid.az həmin vitamin və mineralların siyahısını təqdim edir:

1. Kalium ürəyin normal fəaliyyəti üçün faydalıdır. Ərik qurusu, üzüm, pomidor, tomat şirəsi və bananda kalium var.

2. Kalsium osteoporoz xəstəliyinin qarşısını alır. Sümükləri və dişləri möhkəmləndirir. Süd məhsulları kalsiumla zəngindir.

3. C vitamini orqanizmin bütün funksiyaları üçün vacibdi. Bu vitamin maddələr mübadiləsini yaxşılaşdırır, mövsümü infeksiyalara qarşı qoruyur. Daha çox kələmdə, sitrus meyvələrin, çaytikanının, bibərin, qara və qırmızı quşüzümünün tərkibində olur.

4. Dəmir insana gümrahlıq verir, yorğunluqla mübarizəyə kömək edir. Malın içalatında, yaşıl almanın tərkibində dəmirin miqdarı çoxdur.

5.Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Antioksidantdır və dərinin elastikliyi üçün çox vacibdir. Daha çox kartof, yerkökü, təzə ərik və yaşıl bibərdə var.

6. B 15 vitamini orqanizmi toksinlərdən təmizləyir. Fiziki fəallığı artırır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdəki hüceyrələrin yenilənməsi prosesini sürətləndirir.

7. Fol turşusu hamiləliyi daha yaxşı keçirməyə kömək edir. Həm də dölün normal inkişafı üçün vacibdir. Ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində olur.

8. D vitamini kalsium ilə birlikdə sümük və dişləri qoruyur. İkinci tip diabetdən qoruyur. Əsasən, günəş şüasının təsiri ilə yaranır. Dəniz məhsullarının, balıq yağının, ciyərin tərkibində də var.

9. E vitamini qan damarlarının divarlarını möhkəmləndirir və yaşlanma prosesini yavaşladır. Yağların tərkibində var.

10. B 10 vitamini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur, orqanizmin xarici mühitin mənfi təsirindən müdafiə olunmağa kömək edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm