“Mən hamı üçün maraqlıyam”
Bizi izləyin

Tabloid.az

“Mən hamı üçün maraqlıyam”

Hindistan səfərinə hazırlaşan rəqqasə Oksana Rəsulova xoreoqraf Fərhad Vəliyevin onun haqqında dediklərinə cavab olaraq sərt şəkildə o insanı tanımadığını vurğulayıb:

Hindistan səfərinə hazırlaşan rəqqasə Oksana Rəsulova xoreoqraf Fərhad Vəliyevin onun haqqında dediklərinə cavab olaraq sərt şəkildə o insanı tanımadığını vurğulayıb:

“Bəzi insanlar çox sağ olsunlar ki, mənim adımı tez-tez hallandırırlar. Bu o deməkdir ki, mən varam və onlar üçün maraqlıyam. Mən o insanı tanımıram. Onun fikirləri mənim üçün önəmli deyil. Buna görə də bu haqda fikir yürütmək istəmirəm. O insanı da tanımadığıma görə ona cavab verməyəcəm”.

Yeni layihə ilə sevənlərinin qarşısına çıxacağını deyən sənətçi Hindistana da bu məqsədlə getdiyini söyləyib: “Öncədən nəsə demək istəmirəm. Çünki qabaqcadan danışmaq mənə düşmür. İnşallah ayın 24-dən sonra hər şeyi açıqlayacam”.

Qeyd edək ki, xoreoqraf Fərhad Vəliyev Oksana haqda bu fikirləri söyləmişdi:

“Oksana Rəsulova toya gedir, səhnəyə çıxmır ki. O, səhnə rəqqasəsi deyil. O, toylarda, məclislərdə oynayır. Konkret proqramı yoxdur. Hind rəqslərini oynamağı bacarır. Özünə görə də oynayır. Özünü göstərsin. Biz də görək ki, hansı dünya xalq və Azərbaycan milli rəqslərini oynayır. Ya da ki, Qafqaz xalqlarının rəqslərini göstərsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm