
İyunun sonunda Yaşıl Teatrda verəcəyi konsertə hazırlaşan müğənni Rəqsanənin səhhətində problemi yaranıb. Moskvada bərk soyuqlayan sənətçi müalicə olunur:
“Bronxlarım soyuqlayıb. Konsertə qədər həkim nəzarətində olacağam. Həkim konsertə kimi sağalacağıma vəd verib. Öskürəyim bir qədər azalıb. Amma narahatlıq hələ də var”.