Zövqlü xanımlar üçün yayın dəb proqnozu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Zövqlü xanımlar üçün yayın dəb proqnozu - FOTOLAR

Dəblə ayaqlaşmaq istəsək də, zaman-zaman cibimizə qənaət etmək istəyirik. Qənaət məntiqinə əməl etmək əslində, yay aylarında çətin məsələ deyil. Yay paltarlarında bahalı xəz və dərilərdən istifadə olunmur. Bu baxımdan büdcəmiz çox ziyan çəkmir. Hətta ucuz

Dəblə ayaqlaşmaq istəsək də, zaman-zaman cibimizə qənaət etmək istəyirik. Qənaət məntiqinə əməl etmək əslində, yay aylarında çətin məsələ deyil. Yay paltarlarında bahalı xəz və dərilərdən istifadə olunmur. Bu baxımdan büdcəmiz çox ziyan çəkmir. Hətta ucuz yay paltarları da bahalı və şıq görünür. Bu halda paltarlara niyə lazım olduğundan artıq ətək-ətək pul xərcləyək ki?! Tabloid.az bu günkü icmalında vicdan əzabı çəkmədən hər bir qızın yay qarderobuna daxil olmalı paltarların siyahısını təqdim edir.

Ağ köynək. Sakitləşdirici ağ rəngli köynəklər birmənalı qarşılanmayan yay trendidir. Ağ rəng istənilən ekstravaqant geyimə mətanətlə tab gətirəcək. Cinslərlə sizi ideal göstərəcək.

Белая футболка в сочетании с кожаными брюками Moschino, черным пиджаком и сумкой Michael Kors

İpək baş örpəkləri .Bu yaylıqlar tənbəllər üçün göydəndüşmə olacaq. Saçları ilə oynamağa həvəsi olmayan qızlar başına ipək örpək bağlayaraq yayın ən dəbli xanımına çevrilə bilərlər. Retro stilində bağlanan örpəklər bu yay çox aktualdır. Əgər axşam ziyafətdə iştirak etməlisinizsə, obrazınızı qırmızı dodaq boyası ilə tamamlayın.

Шелковый платок в сочетании с красной помадой и круглыми очками

Qızılı bəzək əşyaları. Bu cür iri bəzək əşyaları mirvariləri uğurla əvəz edir.

Золотую цепь хорошо сочетать с массивными кулонами и блузками с V-образным вырезом черного цвета

Rəngli corablar. Bu dəb hələ də dizaynerlər arasında müzakirə edilir. Lakin 2014-cü ilin trendləri arasında özünə yer edə bilib. Bunun üçün sadəcə bir cüt parlaq corab lazım olacaq.

Цветные носки хорошо сочетаются с обувью color block в тон

Ağ idman ayaqqabıları. Yüksək zövqlü insanlar idman ayaqqabılarını hər geyimlə uzlaşdıra bilirlər. Qısa və midi yubkalarla, uzun sarafanlarla, şortlarla, cins şalvarlarla əla qalır.

Белые кеды в этом сезоне не только можно, но и нужно сочетать с платьем

Həsir çantalar . Bu aksessuar istənilən mağazada çimərlik əşyası kimi satılır. Təbii materialdan hazırlandığı üçün yay geyimləri ilə uyğunlaşır.

Сумка из соломки прекрасно сочетается с сарафаном с ярким принтом

Toplar.Topları çimərlik geyimləri ilə səhv salmayın. Əgər utanırsınızsa, üstündən şəffaf köynək geyinə bilərsiniz.

Rezin saatlar. Yayda əlvan rənglərin aktual olduğu heç kimə sirr deyil. Saatınız da əlvan rəngdə olsa, pis olmaz. Rezin saatların bir üstünlüyü də ondan ibarətdir ki, çimərlikdə islanmasından narahat olmayacaqsınız.

Яркие часы в сочетании с золотым кольцом

Ət rəngi bodilər. Ət rəngi bodilər təxminən ağ köynəklərlə eyni prinsip üzrə fəaliyyət göstərir. Dəri ilə eyni rəngdə olduğu üçün aldadıcı effekt yaranır.

Боди телесного цвета с плиссированной юбкой-макси

Krujeva. Krujeva və güpür dəbi bitmək bilmir, deyəsən, qadınlar bundan heç narazı deyillər. Bu mövsüm krujevalı geyimlər aktual olacaq. Krujeva geyimlərdə detal kimi də istifadə edilir. Yay mövsümündə açıq rənglər dəbdə olduğu kimi, ağ rəngli krujevalar da üstünlük təşkil edir.

Çiçək təsvirləri. "Floral" çiçək təsvirləri yay geyimlərini bəzəməkdə davam edir. Bu mövsüm iri çiçək təsvirləri də geyimlərə rəng qatacaq. Geyimləri daha gözəgəlimli etmək üçün muncuqlar da əlavə edə bilərsiniz.

Etnik . Etnik təsvirlər qışın yüksələn trendlərindən biri idi. Etnik təsvirlər, naxışlar, işləmələr yay mövsümündə də geyimlərə xüsusi bəzək verəcək.

Köynək donlar. Olduqca rahat və əlverişli olan yay mövsümünün diqqət çəkən trendləri arasında köynək donlar da yer alır. Yeni mövsümdə ən çox ağ rəngli köynək donlar qarşımıza çıxacaq.

Enli balaq şalvar. Enli balaqlı şalvarlar 2014-cü ilin trendlərindən biridir. Əsasən, yüksək belli enli şalvar modelləri dəb gündəmini zəbt edəcək.

Xallı donlar. Baharda xallı parça növündən tikilən donlar həm qarderobumuzu, həm də bizi bəzəyəcək.

Qotazlar və saçaqlar. Bu detallar əsasən qış stilinə daxil olsa da, sadəcə geyimlərdə deyil, bir çox aksessuarlarda istifadə edilir.

Kombinezon. Bağban stili qayıdır! Kombinezon tərzində tikilən donlar da mövsümün trendlərinə daxildir.

Qısa balaqlı şalvarlar (kapri). Şalvarların balağı getdikcə qısalır. Uzun balaqları qatlanmış şalvarlar da mövsümün trendləri arasına daxildir.

Yüksək bel. Şalvarlarda və ətəklərdə yüksək bel dəbi davam edir. Mövsümün qısa üst geyimləri ilə olduqca gözəl uyğunlaşır.

Şəffaflıq. Bizi tərk etmək istəməyən trendlərdən biri də şəffaf parça növüdür. Köynəklərin qolları yaza uyğun gələn rənglərdə və şəffaf parçalardan tikilib.

Tulum. Yay mövsümündə klassik tulumlar ziyafət salonlarını da bəzəyəcək. Klassik üslubda tikilən tulumlar olduqca rahatdır. Al-əlvan yay rənglərində tikilən tulumlar deyil, sadə və qara tulumlar daha çox dəbdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm