Dadlı limonlu keks resepti
Bizi izləyin

Tabloid.az

Dadlı limonlu keks resepti

Heç kim bir dilim limonlu keksə yox deyə bilməz

Heç kim bir dilim limonlu keksə yox deyə bilməz. Çay süfrələrinizi bəzəyəcək bu dadlı keksin bişirilməsi də çox asandır.

240 qr şəkər tozu
240 qr un

240 qr kərə yağı
4 ədəd yumurta
Qabartma tozu

Limon qabığı
Duz və vanil

Hazırlanması:

Otaq temperaturunda olan kərə yağını şəkər tozu ilə qarışdırın və mikserlə rəngi ağaranadək çırpın. Yumurtaları bir-bir əlavə edərək çalmağa davam edin. Başqa bir qabda qabartma tozu, un, limonun rəndələnmiş qabıqlarını və vanili əlavə edərək qarışdırın.

Əldə etdiyiniz qarışımı yağın üzərinə əlavə edib təkrar qarışdırın. Əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada bir saat bişirin.

Nuş olsun!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm