Bu rənglər bürclərə şans gətirir
Bizi izləyin

Tabloid.az

Bu rənglər bürclərə şans gətirir

Zehnini və ruhu sakitləşdirməyin bir çox üsulları var. Bunlardan biri də bürcünə uyğun olan rəngi tapmaqdır. Belə ki, insan öz ulduzuna uyğun olan rəngi seçməklə həyatına şans və uğur gətirə bilər. Bu rənglər həmin bürcün sahibinə uğur gətirməklə əhvalını

Zehnini və ruhu sakitləşdirməyin bir çox üsulları var. Bunlardan biri də bürcünə uyğun olan rəngi tapmaqdır. Belə ki, insan öz ulduzuna uyğun olan rəngi seçməklə həyatına şans və uğur gətirə bilər. Bu rənglər həmin bürcün sahibinə uğur gətirməklə əhvalını da qaldırır. Tabloid.az Türkiyə mətbuatına istinadən bürclərə uğur gətirən rəngləri təqdim edir:

Qoç bürcü: Aktiv insanları qırmızı rəng təmsil edir. Qoç bürcü də aktiv olduğu üçün qırmızı birbaşa onların uğur və şans simvolu sayılır. Dinamikanı ifadə edən qırmızı eyni zamanda, qərarlı insan olduğunuza işarə verir.

Buğa bürcü: Qəhvəyi realistlərin rəngidir. Buğaların da ən uğurlu rəngi qəhvəyidir. Torpaq rəngi olan qəhvəyi əsasən, iş görüşlərində və özəl günlərdə bacarıqlı insanların gücünü xarakterizə edir.

Əkizlər bürcü: Ehtişamı təmsil edən tünd bənövşəyi əkizlərə ən uyğun olan rəngdir. Tünd bənövşəyi insanların şüur altında gizlənən fikirləri üzə çıxarır.

Xərçəng bürcü: Sevgi və ehtirası təmsil edən zoğalı, sakit və duyğusal xərçənglərin rəngidir. Bu rəng xərçəng bürcünün nümayəndələrinə həm çox yaraşır, həm də onları sakitləşdirir. Xərçənglərin digər bir rəngi də bozdur. Boz rəngli geyimlər özlərini çox rahat hiss edirlər.

Şir bürcü: Günəşin rəmzi olan sarı şir bürcləri üçün ən ideal rəngdir. Şən və gülərüz şir bürclərinin ən uğurlu rəngi ağlı təmsil edən sarıdır.

Qız bürcü: Günəşin və alovun digər rəmzi hesab olunan narıncı qız bürclərinin ən uğurlu rəngidir. Şirin və sevimli bürcün nümayəndələrinə diqqət çəkən narıncı rəng çox yaraşır.

Tərəzi bürcü: Təbiətin ən gözəl rəngi yaşıl olan Tərəzilərə rahatlıq verir. Bu rəng Tərəzilərin romantik olmasından xəbər verir.

Əqrəb bürcü: Əqrəb bürclərinin uğurlu rəngi tünd göydür. Xüsusən də iş adamları bu rəngə tez-tez müraciət edir. Kosmik rəng kimi ifadə edilən tünd göy əqrəblərin xasiyyətinə çox uyğun gəlir. Bu rəng insanlara çox güclü təsir göstərir.

Oxatan bürcü: Mavi rəng oxatan bürclərinə uğur və şans gətirir. Dəniz, səma rəngi olan mavi oxatan bürclərini sakitləşdirib əhvalını qaldırır. Belə ki, onlar üzərində təsiri böyükdür.

Oğlaq bürcü: Oğlaq bürclərinin ən uğurlu rəngi zümrüd rəngidir. Şən, eyni zamanda sakitliyi təmsil edən zümrüd rəngi oğlaqlara şans gətirir.

Dolça bürcü: Dolça bürclərinin əsas rəngi ağdır. Ağ iqtidarın, məsumluğun və dözümlülüyün rəngidir. Saflığı xarakterizə edən ağ dolçalara şans gətirir.

Balıqlar bürc: Ağır, ciddi və hökmranlığı təmsil edən qara balıq bürclərinin rəngidir. İşığı yox edən qara rəng balıqlara şans gətirir. Belə ki, balıqlar ciddi iş görüşlərində qara geyinərlərsə, fikrini asanlıqla toplaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm