Dünyanın ən bahalı restoranı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünyanın ən bahalı restoranı - FOTOLAR

Burada şam yeməyi üçün adambaşına 5000 dollar hesab ödəmək lazımdır

Dünyanın ən bahalı restoranı İspaniyanın İbiza adasında yerləşir. İbiza adasındakı lüks “Hard Rock" otelinin içərisində yerləşən “Sublimotion” adlı restoran ispaniyalı aşpaz Pako Ronkeronuya aiddir.

Tamamilə ağ rəngə boyanmış restoranda eyni vaxtda maksimum 12 müştəriyə xidmət göstərilir. Restoranda 27 ofisiant çalışır. Restoranda müştərilərə xörəklərin dadını 5 duyğu üzvləri ilə hiss etmək vəd olunur.

Bu restoranda hər şey qeyri-adidir. Belə ki, 20 xörəkdən ibarət olan menyu təqdim edildikdən sonra bütün işıqlar söndürülür. Ofisiantlar hər yeməyin xüsusiyyətinə uyğun olaraq dəyişdirilən lazer işıqları altında sifarişləri gətirirlər.

Seçilən xörəyə uyğun olaraq restoranın rütubətliliyi, temperaturu, qoxusu və çalınan musiqi dəyişdirilir. 5 duyğu orqanına eyni zamanda xitab edən restoranda aşpaz Pakonun xüsusi reseptləri əsasında hazırlanmış yeməklər təqdim olunur.

Lakin bu restoranda qiymətlər çox bahadır. Restoranda şam yeməyi üçün adambaşına minimum 5 min dollar hesab ödəmək lazım gəlir. Restoranın sahibi xörəklərin keyfiyyətinin və xidmətlərin yüksək səviyyəsinin bu qiymətə uyğun olduğunu söyləyir. O, İbizaya gələn qonaqların bahalı yeməklərə pul xərcləməkdən çəkinmədiklərini bildirir. Doğurdan da məşhurlar və iş adamları burada şam etmək üçün növbəyə düzülürlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm