Tağı İbrahimovun dizayner qızı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tağı İbrahimovun dizayner qızı - FOTOLAR

Tağı İbrahimovun dizayner qızı - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin eks -prezidenti Tağı İbrahimovun qızı, “Magura” moda evinin dizayneri Gülşən İbrahimovanın buro247.az saytına müsahibə verib və fotoları dərc olunub. Müsahibəsində istedadlı dizayner karyerasından, kolleksiyalarından və gələcək planlarından danışıb. Tabloid.az Tağı İbrahimovun qızının müsahibəsini təqdim edir:

- Gülşən xanım, karyeranıza nə zaman başlamısınız?
- Dizaynerliyə marağım hələ uşaq yaşlarından olub. Artıq 9 yaşımda müxtəlif geyimlər tikir, parçalarla düzgün işləməyi bacarırdım. Atam dizaynerlik sənətini seçməyimi istəmirdi. Ona görə də ilk təhsilimi Xarici Dillər Universitetində almışam. Ancaq modelyerliyə olan həvəsim məni ailə qurduqdan sonra ikinci universitetə - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına apardı. Butikimi ikinci dəfə ana olanda açdım və 4 ildən çoxdur ki, modelyer-dizayner kimi çalışıram. MAGURA ilk vaxtlar geyim mağazası kimi fəaliyyət göstərirdi, bir müddət sonra isə mənə xəyalımdakı moda evini gerçəkləşdirməyə kömək etdi. Artıq 3 ildir, MAGURA moda evi fəaliyyət göstərir.

Dəbdə yeni ad: Gülşən İbrahimova
- Kolleksiyalarınızda daha çox haute-couture geyimlər üstünlük təşkil edir. Bəs gündəlik həyatda özünüz daha çox hansı geyimləri seçirsiniz?
- Sadə geyimlərə üstünlük verirəm, amma həmin geyimlərdə də dəyişik detallardan - fantaziyamdan doğan detallardan istifadə edirəm. Bu da mənim fərqliliyimdir.

Dəbdə yeni ad: Gülşən İbrahimova
- İlk kolleksiyanızın nümayişini necə xatırlayırsınız?
- MAGURA ilk dəfə Dubayda keçirilən 26 ölkənin iştirak etdiyi "Bride Show" adlı nümayişə qatıldı və "Rainbow" ("Göy qurşağı"-red.) adlı ilk kolleksiyamız böyük maraqla qarşılandı. Bu, mənim birinci uğurum idi. Dünya modasında qanunauyğunluq belədir ki, dizaynerlər kolleksiyalarda, əsasən, 2 rəngdən istifadə edirlər. Mən isə bir neçə rəngdən yararlandım. Kolleksiyada heç bir libas bir-birinə bənzəməsə də, stil baxımından ahəng təşkil edirdi. Geyimlərdə tafta, atlas, şifon, güpur kimi materiallardan istifadə etmişdik.

Dəbdə yeni ad: Gülşən İbrahimova
- Geyimlərinizi kiminsə üzərində görəndə hansı hisləri keçirirsiniz?
- Əlbəttə, sevinirəm ki, yaratdığım və sevərək ərsəyə gətirdiyim geyimi bir xanım ən özəl günü üçün seçib. Müştərinin sifarişdən razı qaldığını görəndə isə sanki dünyanı mənə bağışlayırlar.

Dəbdə yeni ad: Gülşən İbrahimova
- Moda evinin siması kimi hansı məşhuru görürsünüz?
- Təbii ki, Azərbaycanda da, xaricdə də MAGURA brendinin siması ola biləcək gözəl xanımlar çoxdur. Ümumiyyətlə, bu atelyeni seçən hər bir xanım brendin simasıdır.
- Dünya modasında kimlərin stilindən ilhamlanırsınız?
- Oscar de la Renta və Zuhair Murad favoritlərim sırasındadır. Bu iki brend bir-birindən stil baxımından fərqlənsə də, hər iki modelyer öz karyeraları boyu heç kimi təkrarlamayıblar. Zuhair Murad geyimlərində daş-qaşlar üstünlük təşkil edirsə, Oskar de la Renta parçanın kəsim növüylə işləməyi hər kəsdən yaxşı bacarır.

Dəbdə yeni ad: Gülşən İbrahimova
- MAGURA brendiylə bağlı gələcəkdə hansı planlarınız var?
- Sevindirici haldır ki, Azərbaycanda MAGURA brendinin geyimləri, o cümlədən gəlinlikləri böyük maraqla qarşılanıb. Planımızda növbəti nümayişi Bakıda keçirməkdir və düşünürəm ki, yeni kolleksiyamız xanımların ürəyincə olacaq. Bu təqdimatdan sonra bir çox xarici ölkələrdə layihələr həyata keçirməyi planlaşdırıram. Məqsədim - dünyaca məşhur modelyer olmaqdır. Biznesə burada başlasaq da, gələcəkdə brendin dünyada tanınması üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Azərbaycanın adını məşhur modelyerlər sırasına qaldırmağı bacaracağam.

Dəbdə yeni ad: Gülşən İbrahimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm