Sərdar Ortaç xəstəliyini öyrənib şoka düşdü
Bizi izləyin

Tabloid.az

Sərdar Ortaç xəstəliyini öyrənib şoka düşdü

Bu ayın əvvəli irlandiyalı sevgilisi Kloi ilə ailə quran türkiyəli müğənni Sərdar Ortaçın xəstə olduğu ilə bağlı xəbərlər yayılıb

Bu ayın əvvəli irlandiyalı sevgilisi Kloi ilə ailə quran türkiyəli müğənni Sərdar Ortaçın xəstə olduğu ilə bağlı xəbərlər yayılıb.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xeyli müddətdir ki, əzələ ağrılarından şikayət edən müğənni müayinəyə gedib. Xəstəxanada ona "MS" (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulub.

Sərdar Ortaç xəstə olduğunu öyrənəndə şoka düşüb.

Qeyd edək ki, MS xəstəliyi zamanla insanın öz hərəkətlərinə nəzarət edə bilməməsinə səbəb olur. Sərdar Ortaçın bundan sonra səhnədə rəqs edə bilməməkdən və ümumiyyətlə, karyerasına son verməli olacağından qorxduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm