.jpg)
Yay meyvələri orqanizm üçün çox faydalıdır. Bunu nəzərə alaraq isti yay günlərində rahatlıqla yeyə biləcəyiniz dadlı salatın reseptini təqdim edirik:
Lazım olan məhsullar:
2 stəkan yoqurt
2 şirniyyat qaşığı pudra şəkər
2 armudu stəkan ərik suyu
8 biskvit
1 alma
1 banan
1 stəkan popkorn
Yarım stəkanı dondurulmuş böyürtkən
Yarım stəkanı dondurulmuş albalı
Yarım stəkanı qarağat
Hazırlanma qaydası:
Əvvəlcə salatı süfrəyə hansı qabda verəcəyinizi seçin. Həmin
qablara biskvitləri iki-iki yerləşdirin. Bir stəkanı ərik suyu ilə
biskvitləri isladın. Yoqurtu qalan ərik suyu və pudra şəkəri ilə
çırparaq duru hala gətirin. Daha sonra qarışığın yarısını
biskvitlərin üzərinə əlavə edin.
Alma və bananı kub şəklində doğrayın. Yoğurtun üzərinə düzün.
Təkrar yoğurt əlavə edib üzərinə bol popcorn səpin. Böyürtkən,
albalı və qarağatla bəzəyib süfrəyə təqdim edin.
Tabloid.az