Ağcaqanad sancmalarına çarə
Bizi izləyin

Tabloid.az

Ağcaqanad sancmalarına çarə

Bir neçə təbii üsulla ağcaqanadın sancdığı yeri tezliklə sağalda, infeksiyaların yayılmasının qarşısını ala bilərsiniz.

Ağcaqanadları evdən və bədəndən uzaqlaşdıran müxtəlif spreylər mövcuddur. Ancaq kimyəvi spreylərdən istifadə etmək istəməyənləri ağcaqanad dişləyir. Bu zaman bir neçə təbii üsulla ağcaqanadın sancdığı yeri tezliklə sağalda, infeksiyaların yayılmasının qarşısını ala bilərsiniz.

Tabloid.az həmin üsulları təqdim edir:

Bitki yağları

Lavanda, kakos və çay ağacı yağları ağcaqanad sancdıqdan sonra yaranan şişkinliyi, ağrı və qaşıntıya qarşı çox yaxşı təsir göstərir.

Süd və su

Eyni ölçüdə südü su ilə qarışdırın. Pambığı və salfeti həmin məhlula batırıb onu çəkməsini gözləyin. Daha sonra həmin salfeti ağcaqanadın sancdığı yerə qoyub bir müddət saxlayın. Qaşıntının azaldığını hiss edəsiniz.

Limon suyu

Antibakterial xüsusiyyəti olan limon infeksiyaların qarşısını almaqda bir nömrəli vasitədir. Limonun suyunu ağcaqanadın sancdığı bölgəyə çəkin. Az vaxtdan sonra ağrılarınız azalacaq.

Diş məcunu

Diş məcunu da çox effektli vasitədir. Xüsusilə, nanəli diş məcununu ağcaqanad sancan bölgəyə rahatlıqla çəkə bilərsiniz. Məcun həm qaşıntının, həm də şişkinliyin azalmasına kömək edəcək.

Buz

Buzu qaşınan və qızaran bölgəyə qoyub 5 dəqiqə saxlayın.

Paket çay

Ağcaqanadın sancdığı bölgə həddən artıq çox qaşınırsa, yaşıl və ya qara olmasından asılı olmayaraq, paket çaydan istifadə edə bilərsiniz. Qaşıntını azaltmaq üçün çay ən yaxşı vasitələrdən biridir. Çay həm də infeksiyalarla mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm