Bu rəng geyinən qadın kişiləri maqnit kimi özünə çəkir
Bizi izləyin

Tabloid.az

Bu rəng geyinən qadın kişiləri maqnit kimi özünə çəkir

Aparılan sorğulara əsasən, kişilər qırmızı don geyinən qadınlara qarşı laqeyd qala bilmədiklərini etiraf ediblər. Belə ki, kişilər görüşə qırmızı paltarda gedən qadınlara daha diqqətli davranır və daha əliaçıq olurlar.

Rocester Universitetinin tələbələri rənglə cazibədarlıq anlayışı arasında əlaqəni müəyyən etmək məqsədilə maraqlı araşdırma aparıb. Sorğu kişilərə arasında aparılıb. Aparılan sorğulara əsasən, kişilər qırmızı don geyinən qadınlara qarşı laqeyd qala bilmədiklərini etiraf ediblər. Belə ki, kişilər görüşə qırmızı paltarda gedən qadınlara daha diqqətli davranır və daha əliaçıq olurlar.

Kişilər eyni qadının qırmızı və mavi rəngli paltardakı şəklinə baxaraq, qırmızı don geyindiyi halda daha çox pul xərcləməyə hazır olduğunu söyləyiblər. Ekspertlər bildirib ki, qırmızı rəng digər cinsin nümayəndələrinə cazibədarlıq siqnalını göndərir. Qırmızı rəng sevginin simvolu olan ürəkdən tutmuş, romantika və sekslə də əlaqələndirilir. Bu araşdırma qırmızı rəngin kişilər üzərində böyük təsiri olduğunu, eşqə sövq etdiyini bir daha aydın şəkildə göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm