Əməkdar artist qolundakı döymədən danışdı
Bizi izləyin

Tabloid.az

Əməkdar artist qolundakı döymədən danışdı

“Tatunun bu qədər səs-küyə səbəb ola biləcəyini gözləmirdim. Bununla bağlı bir yazını neçə minlərlə insan oxudu. Yazıq Tünzalə mahnı yazır, heç bu qədər ajiotaj olmur. Bu tatuaj deyil, xınadır”.

“Tatunun bu qədər səs-küyə səbəb ola biləcəyini gözləmirdim. Bununla bağlı bir yazını neçə minlərlə insan oxudu. Yazıq Tünzalə mahnı yazır, heç bu qədər ajiotaj olmur. Bu tatuaj deyil, xınadır”.

Bu sözləri deyən Tünzalə Ağayevanın sözlərinə görə, xınanın üzərinə “body-art” əlavə olunub: “Yəni bu qədər iş qalıb bir tərəfdə, sizi mənim qolum maraqlandırır? Axşam televizorda klipdən heç nə görməyəcəksiniz, mənim qolumdan danışacaqlar. Yenə deyirəm, bu, tatu deyil, ömürlük qolumda qalmayacaq. Çünki “body-art”, uzağı, bir həftə yaşayır. Bu, bir naxışdır, bəzəkdir və mən belə şeyləri sevirəm. Bu gün dünyada çox qadın xna, “body-art”la bədənlərində, üzlərində müxtəlif rəsmlər çəkdirirlər. Hətta ola bilər ki, sabah qolumda gül-çiçək yox, kəlmələr görə bilərsiniz. Vaxtilə bunu etmişəm də. O vaxt xna ilə ilk dəfə böyük Şəms Təbrizinin bir kəlməsini yazdırmışdım: “Könlün dəyişərsə, dünya da dəyişər”. Sonra elə alınmışdı ki, “Könlün dəyişərsə” sözü silinmişdi və çox gülməli vəziyyət yaranmışdı. Bu dəfə sözdən vaz keçdim, söz uzun olur və silinmək təhlükəsi var. Məncə, həmkarlarımın çoxunda tatuaj görə bilərsiniz, ona görə mənim xınamın bu qədər səs-küy yaradacağını təxmin etmirdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm