Qadınları cazibədar göstərən ayaqqabılar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadınları cazibədar göstərən ayaqqabılar - FOTOLAR

Qadınları cazibədar göstərən ayaqqabılar - FOTOLAR

Yay aylarında dikdaban ayaqqabıları geyinmək daha rahtdır. Bəs dikdaban ayaqqabıların qarderobda yatmaması üçün ayaqqabı seçəndə nələrə fikir vermək lazımdır? Tabloid.az ayaqqabı alarkən nələrə diqqət etməli olduğunuzu və dikdaban ayaqqabıların qadının həyatındakı önəmli rolu haqqında məlumatı təqdim edir:

  • Ayağınızdakı ən uzun barmaq ayaqqabının ucuna dəyməməlidir. Dəyirsə, o ayaqqabıdan vaz keçin. Çünki ayağınızı sıxacağı siqnalını verir.
  • Bəyəndiyiniz ayaqqabının hər iki cütünü geyinin. Çünki ölçülərində az da olsa, fərq ola bilər. Həm də bu ayaqqabının rahat olub-olmadığını yaxşı yoxlaya biləcəksiniz. Satıcının fikirlərinə qulaq asın, amma qurban getməyin. Axı onun işi məhsulu satmaqdır. Bu halda sizi deyil, özünü daha çox düşünür.
  • “Geyindikcə genələr” cümləsini bir kənara atın. Kənarları boşala bilər, amma uzunluğu heç bir halda genişlənmir.
  • “Ucuz ətin şorbası olmaz” məsəlini çəkib sevdiyiniz ayaqqabını atmaq istəmirsinizsə, təbii və keyfiyyətli materialdan tikilən ayaqqabılar alın. Ayaq sağlamlığı geri qayıtmayacaq qədər önəmlidir. Həm də təbii materialdan hazırlanan ayaqqabılar ətrafa pis qoxu yaymır.
  • Ayaqqabı alış-verişini səhər saatlarında edin. Çünki ayaqlar gün ərzində şişməyə başlayır. Günortadan sonra sizə uyğun olan ölçünü tapa bilmək şansınız olmaya bilər.
  • Geyinmədən, təkcə ayağınızın ölçüsünü deyib almayın. Hər markanın fərqli qəlibi olduğunu, unutmayın.
  • Ayaqqabı almağa gedərkən o ayaqqabı ilə geyinməyi düşündüyünüz corabı da özünüzlə aparın.
  • Hündürdaban ayaqqabı kimi, altı düz ayaqqabı geyinmək də ayağa zərər verir. Bunu biz yox, mütəxəssislər də təsdiq edir. Və yenə mütəxəssislərin fikrinə görə, ayaqqabının hündürlüyü 4 sm-dən yüksək olmamalıdır.

Hündürdaban ayaqqabı üzərində dayanmaq çətin olsa da, qadınları çox cazibədar göstərir. Və qadınları onun qədər özünə inamlı göstərən başqa bir şey mövcud deyil. Bu mükəmməl hissi duya bilmək üçün yüksək zövqə malik qadın olmalısan...

Göz qamaşdırıcı - Hündürdaban ayaqqabı geyinməyin başlıca səbəbi qadınları möhtəşəm və seksual göstərməsidir. Donları hündürdaban ayaqqabı ilə geyinməyin xüsusi gözəlliyi var.

Nəzarət və güc - Hündürdaban ayaqqabı geyinmək qadınları özünü inanılmaz dərəcədə güclü hiss etdirir. Əgər hündürdaban ayaqqabı geyinməyə vərdiş deyilsinizsə, yanınızda başqa rahat bir ayaqqabı götürün. Güclü görünmək istəyən qadınların fikrincə, əsas şərt hündürdaban ayaqqabılarda gəzməyi öyrənməkdir. Elə indi onlarda gəzməyi öyrənin!

Cazibədar - Hündürdaban ayaqqabı geyinməyin ən böyük səbəblərindən biri fotolarda daha cazibədar düşməkdir. Hər bir qadın hündürdaban ayaqqabıların bu sehrindən xəbərdar olmalıdır.

Tık-tık səsləri - Hələ uşaq ikən bütün qızlar hündürdaban ayaqqabılara kədərlə baxır və onları nə vaxt daşıya biləcəyinin xəyallarını qurur. Analarının başı qarşın kimi onların hündürdaban ayaqqabılarını geyinib evdə gəzirlər... Tık-tık səsləri qadınların ən zəif nöqtələrindən biridir.

Əhval-ruhiyyəni qaldırır - Bütün qadınlar etiraf edir ki, hündürdaban ayaqqabı geyinən zaman özlərini daha yüksək əhval-ruhiyyədə hiss edir. Hündür ayaqqabılarda özünü şahzadələr kimi hiss edir və o an dünyanın ən gözəl xanımı olduğunu düşünür. Stressi atmaq üçün hündürdaban ayaqqabılara müraciət edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm