Tabloid.az
Manikürlə bəzək əşyalarını uyğunlaşdırın - FOTOLAR
İlk baxışda manikürlə bəzək əşyalarını birləşdirmək nazla oynamaq kimi görünsə də, bütün moda jurnalları məhz bir obraz üzərində xırda detallarına qədər işləməyi xoşlayırlar. Biz də bu gün manikürlə bəzək əşyalarını uzlaşdırmağın qaydalarını izah edəcəyik.
Dırnaq boyasının rəngini hər dəfə fərqli üzük və ya boyunbağı taxanda dəyişməyi tövsiyə etmirik. Amma onları əlaqələndirmək üçün bir neçə universal ideyalar təklif edəcəyik. Aksessuarların sadə və xoş ifasında harmoniya yaradan manikürlər olduqca gözəl görünür.
Məsələn, üzüklərin üzərində olan qaşların lakınızla eyni rəngdə olmasına fikir verin.
Yaxud klassik çalarda olan laklarla, yoğun aksessuarları birləşdirin.
Sadə və yığcam əşyaları bir yerə toplayın. Onu klassik qırmızı, şərab qırmızısı və qara rənglə uyğunlaşdırın.
Manikürü təkcə aksessuarla deyil, makiyajla da ahəng yarada bilərsiniz.
Göz qələmini və dırnaq boyasını eyni rəngdə seçə, yaxud dodaq və dırnaq boyasını eyni tonda istifadə edə bilərsiniz.
Mübahisəli dırnaq boyalarını qızılı və gümüşü aksessuarlarla dost etməyə çalışın.
Qışqıran rənglərin bir geyimdə kobud şəkildə bir neçə yerdə istifadə edilməməsinə diqqət edin. Çünki gur rənglərin bir yerdə istifadəsi gözü çox yorur.
İxtilaf yaradan iki fərqli parlaq rəng çalarlarını dırnaqlara və bəzək əşyalarına köçürün.
Arxivdə yatan boyunbağının klonunu dırnaq boyası ilə rəngləyərək yeni həyat vermiş olarsınız. Yaxud da istifadə edilməyən balaca açarı rəngləyib balaca qırmızı bantla boyunbağıya ilişdirin.
Rəngi solmuş üzükləri və boyunbağıları yola gedən rənglərlə boyaya bilərsiniz.
Şəffaf qaşlı istənilən bəzək əşyalarını rənglər bağçasına çevirərək dırnaq boyası ilə ahəng təşkil etməsinə nail ola bilərsiniz.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!