Tabloid.az
Xanımları şıq göstərən yubka modelləri - FOTOLAR
Moda dünyasında retro küləkləri əsməyə davam edir. 1950-ci illərdən əsən küləklər 2014-cü ilin yay mövsümünə qırçınlı yubka modellərini də gətirib. Keçən il əsasən uzun qırçınlı yubkalar dəbdə idisə, bu il qısa modellərlə əvəzlənib. Xüsusən də midi qırçınlı yubkalar mövsümün trendi olacaq. Qırçın elementi, hətta dəri parçalarda da tətbiq olunur.
Qırçınlı yubkalar qadınlığı əks etdirən bir detal olduğu üçün xanımları çox romantik göstərir. Midi yubkaları hündürdaban ayaqqabı və ipək bluzla birlikdə sintez edilməlidir. Boyunuzun daha uzun görünməsi üçün ayaqqabını krem rənglərində alın. Mini yubkaları isə baletkalarla geyinmək olar.
Qırçınlı dəri yubkalar: Mövsümün ən diqqət çəkən yubkaları şübhəsiz ki, dəri modellərdir. Midi və mini büzməli yubkalar ofis stili üçün mükəmməl seçim hesab olunur. Bu yubkanı ağ köynək və stiletto ayaqqabı ilə geyinsəniz, qüsursuz stil sahibi olarsınız. Daha vamp görünmək üçün üst geyim olaraq dəri gödəkçə geyinə bilərsiniz. Trendlərin izi ilə gedənlər qrıçınlı yubkaları damalı köynəklərlə sintez edə bilər.
Soyuq havalarda qırçınlı yubkaları qalın köynək və ya yüngül jaketlə də uzlaşdırmaq olar.
İdman köynəklərinin populyar olduğu bir mövsümdə qırçınlı yubkaları bu tip köynəklərlə uyğunlaşdıra bilərsiniz. Həmçinin boğazlı köynəklər də düzgün seçim ola bilər.
Belinizin incəliyini vurğulamaq üçün zərif bir kəmərlə eleqant obrazı tamamlaya bilərsiniz.
Tabloid.az ən yaxşı qırçınlı yubka modellərini toplayıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...