Heç belə gəlin ayaqqabısı görmüşdünüz? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Heç belə gəlin ayaqqabısı görmüşdünüz? - FOTOLAR

Gəlinlik donu kimi gəlin ayaqqabılarının mütləq ağ olmasına dair fikir formalaşmışdı. Moda axının gətirdiyi yeni trendlər isə bu cür mifləri alt-üst edir. Zaman ötdükcə bir çox insan yeniliyə ev sahibliyi edir. Modanın gözəlliyi də məhz bu tip yeniliklərd

Gəlinlik donu kimi gəlin ayaqqabılarının mütləq ağ olmasına dair fikir formalaşmışdı. Moda axının gətirdiyi yeni trendlər isə bu cür mifləri alt-üst edir. Zaman ötdükcə bir çox insan yeniliyə ev sahibliyi edir. Modanın gözəlliyi də məhz bu tip yeniliklərdən ibarətdir. Artıq gəlin ayaqqabıları da fərqli rəngləri və qeyri-adi modelləri ilə qarşımıza çıxır.

Bəzən gəlinlik həddindən artıq sadə olur. Bu məqamda sadə gəlinliyi təmtəraqlı etməyin ən yaxşı üsulu rəngli ayaqqabı seçməkdir.

Lakin gəlinlik çox dəbdəbəli və qabarıq modeldirsə, bu zaman rəngli ayaqqabılara yönəlmək məqsədəuyğun hesab olunmur.

Çılğın və şən xarakterli gəlinlər rəngli gəlin ayaqqabılar vasitəsilə tərzini qoruya bilərlər.

Ətəyi qısa olan gəlinliklərin də rəngli ayaqqabı ilə birlikdə geyinilməsi tövsiyə olunur.

Bej rəngləri bəyaz gəlinliyə ən gözəl yaraşan tonlardır. Zərif çəhrayı, karamel və süd rənglərindən biri seçərək sizə ən uyğun olan rəngləri kəşf edə bilərsiniz.

Belinizə ayaqqabı ilə eyni rəngdə olan çiçək də taxa bilərsiniz.

Yaxud saç aksessuarlarını ayaqqabı ilə uzlaşan rənglərdə seçə bilərsiniz.

Ayaqqabınızla gülü isə eyni rəngdə seçərək buketinizlə rəng bütünlüyünü təmin edə bilərsiniz.

Tabloid.az ən gözəl gəlin ayaqqabılarını toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm