Nigar Camalı Sinan Akcılla nə birləşdirir? -VİDEO
Bizi izləyin

Tabloid.az

Nigar Camalı Sinan Akcılla nə birləşdirir? -VİDEO

Yaxın günlərdə Türkiyənin “Kanal D” televiziyasında “X-Faktor” şousunun yeni mövsüm buraxılışı start götürəcək.

Yaxın günlərdə Türkiyənin “Kanal D” televiziyasında “X-Faktor” şousunun yeni mövsüm buraxılışı start götürəcək.

Tabloid.az xəbər verir ki, yarışmanın münsiflər heyətinin üzvlərindən biri də “Eurovision 2011” qalibimiz olan Nigar Camaldır.

Layihədə həmçinin Sinan Akçıl, Atiye və tanınmış fotoqraf və klipmeyker Nihat Odabaşı da münsiflər kürsüsündədir.

Qeyd edək ki, ilk dəfədir ki, azərbaycanlı müğənni bu tip yarışmada münsif üzvü olur. Bütün dünyada eyni formatda nümayiş edilən bu yarışmanın Türkiyədə yayımlanacaq buraxılışının reklam çarxı artıq “Kanal D” kanalında və sosial şəbəkələrdə izlənilir.

Verilişin anonsu “Möhtəşəm yüz ıl” serialının çəkildiyi pavilyonda lentə alınıb.

Şounun nümayişinə iyulun 9-da start veriləcək.

Qeyd edək ki, “X Faktor” Britaniyanın musiqili yarışma televiziya şousudur. Layihə 2004-cü ildə Saymon Koull tərəfindən yaradılıb.

Türkiyədə nümayiş olunacaq yarışma da lisenziyalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm