Yataq otağının əvəzolunmaz aksessuaları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yataq otağının əvəzolunmaz aksessuaları - FOTOLAR

Yataq otağının əvəzolunmaz aksessuaları - FOTOLAR

Lampa sadəcə yataq otağı üçün deyil, qonaq otağı, koridor və iş otağında istifadə edilən aydınlatma növüdür. Üstəlik, gözəl dekorativ əşyadır. Yataq otaqlarının əvəzolunmaz aksessuarı lampalardır. Yataq otağından əlavə, onu evin başqa yerlərinə də qoymaq olar. Kitab və jurnal oxumaq üçün yazı masasının üstündə də gözəl görünür.

Yataq otağınızın atmosferini dəyişdirmək üçün işıqlandırmaya əhəmiyyət verməlisiniz. Birinci növbədə tavan lampasını ləğv etməlisiniz. Tavandan birbaşa və sərt şəkildə parlayan işıqla eşq otağı çox maraqsız olar. İşığı tavana əks etdirən ayaqlı lampalar seçin. Ancaq lampada işıq miqdarını azaldıb çoxaltmağı təmin edəcək nizam düyməsi mütləq olmalıdır.

Kiçik dəyişikliklərlə dekorasiyada möcüzə yaratmağın mümkün olduğunu bilirik. İstəsəniz, çarpayınızın yanına, istəsəniz qonaq otağının ən gözəl güşəsinə yerləşdirə bilərsiniz.

Otağın dekorasiyası sadədirsə, qırmızı, narıncı və ya sarı rəngli lampalar seçə bilərsiniz.

Lampanın yanında şamlar, güldan və ailə fotoları yerləşdirə bilərsiniz.

Bu mövsüm dama-dama parçalar çox dəbdədir. Eviniz də köhnə lampa varsa, üstünü dama-dama parça ilə örtüb mövsüm trendlərini evinizə də gətirə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm