Nadir Qafarzadə arvadının konsertinə gəlməyəcəyindən qorxur
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə arvadının konsertinə gəlməyəcəyindən qorxur

Müğənni Nadir Qafarzadə Yaşıl Teatrda verəcəyi “Həyatımsan ömrüm qədər” adlı konserti öncəsi mətbuat konfransı keçirib.

Müğənni Nadir Qafarzadə Yaşıl Teatrda verəcəyi “Həyatımsan ömrüm qədər” adlı konserti öncəsi mətbuat konfransı keçirib.

Tabloid.az xəbər verir ki, iyunun 6-da olacaq konsertlə bağlı jurnalistlərin suallarını cavablandıran ifaçı, bolluca sürprizlər vəd edib. Konserti həyat yoldaşına həsr etdiyini xatırladan N.Qafarzadə Yaşıl Teatrın qapılarının media mənsublarının da üzünə açıq olacağını deyib:

“Konsertimdə 23 mahnı oxuyacağam. Həmçinin həyat yoldaşıma həsr olunan “Nadir bir incim” adlı mahnını da onun üçün ilk dəfə oxuyacağam. Onu da deyim ki, həyat yoldaşım şou-biznesdə adının hallanmasının əleyhinədir. İnandırım sizi, neçə gündür ki, evdə onunla ehtiyatla davranıram ki, hər an fikrini dəyişər və onun üçün təşkil olunan konsertə gəlməz. Həyat yoldaşım xasiyyətcə ciddir, yəni mənə əksdir. Amma bununla belə, biz 20 ildir ki, evliyik, çox da xoşbəxtik”.

Müğənni həmçinin onu da qeyd edib ki, əvvəlki konsertlərindən fəqrli olaraq, oğulları bu dəfə səhnədə onu dinləməyə gəlməyəcəklər:

“Əvvəlki konsertlərimdə oğullarım yanımda olublar. Hətta onun dostları da çıxşımı izləməyə gəliblər. Amma bu dəfə onlar dedilər ki, bu konsert sırf anamız üçün olduğundan orada olmayacağıq”.

Tədbir zamanı müğənni jurnalistlərə sürpriz edib. Belə ki, bir müddət öncə Gürcüstanda çəkdirdiyi “Göndər” klipinin kadr arxası görüntülərindən olan çarxı KİV nümayəndələri üçün təqdim edib. Daha sonra isə klip nümayiş olunub.

Qeyd edək ki, “Ozan MW Production” tərəfindən ərsəyə gələn klip Tiflisdə lentə alınıb. Klipin büdcəsinin olduqca aşağı olduğunu nəzərə çatdıran N.Qafarzadə keyfiyyətli iş ortaya qoduqlarını bildirib:

“Bir çox müğənnilər yeni kliplərini təqdim edəndə, hər dəfə fantastk rəqəm açıqlayırlar. Bu yaxınlarda eşitdim ki, hansısa müğənni 90 min manata klip çəkdirdiyini deyib. O klipə mən heç 50 qəpik də vermərəm. “Pardon” klipimi rusiyalı rejissor 20 min avroya çəkmişdi. Bu klipim isə ondan qat-qat ucuzdur. Ən çox xoşuma gələ çəkiliş prosesi isə kazinoda oldu. Orada hətta bir anlıq özümü milyonçu kimi hiss etdim.

Qeyd edək ki, klipin rejissoru Elnur Əliyevdir. Klipdə N.Qafarzadənin tərəf müqabili 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamar Shedania olub.

Operator Givi Maqaradze, prodüserləri Altay Yaşar, Ruslan Əliyevdir. Layihənin meneceri Rövşən Əskərovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm