7 yaşlı qız Avropada Flora Kərimovanın mahnısını oxudu
Bizi izləyin

Tabloid.az

7 yaşlı qız Avropada Flora Kərimovanın mahnısını oxudu

Azərbaycan ikinci dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music Festival"a qatılıb. Bu il müsabiqədə Ruminiya, İtaliya, Malta, Belorusiya, Makedoniya və s ölkələr iştirak edirlər.

Tabloid.az-in məlumatına görə, müsabiqədə ölkəmizi Addım Gənclər Təşkilatının dəstəyi ilə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti 7 yaşlı Aylin Nəcəfli təmsil edib.

Müsabiqədə xalq artisti Flora Kərimovanın repertuarından "Tıq-tıq xanım" cizgi filminin soundtrakını ifa edən balaca Aylin ilk gündən münsiflərin rəğbətini qazanıb.

Festivalın ikinci günü isə o musiqisi Cahangir Zülfiqarov, sözləri Elçin Nəsirliyə aid " İşıqlı dünya" mahnısını ifa edib.

7 yaşlı ifaçı yaşıdları arasında "Ən yaxşı ifaçı" kimi mükafata layiq görülüb. Bundan başqa, Aylinə Bolqarıstanın məşhur rəssamı Nataliya Valievanın rəsm əsəri hədiyyə olunub.

Qeyd edək ki ölkəmizi münsiflər kürsüsündə "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm