Yay aylarının ən faydalı içkisi
Bizi izləyin

Tabloid.az

Yay aylarının ən faydalı içkisi

Sağlam olmaq istəyən hər kəs oxusun!

Yay aylarında insan orqanizmi həddən artıq su itirir. Bu itkinin qarşısını almaq üçün gün ərzində 1-2 litr su içmək tövsiyə olunur.

Ancaq su ilə yanaşı gündə 2-3 stəkan ayran içmək də çox faydalıdır.

İsti yay günlərində bədənin maye tarazlığının qorunması və tər vasitəsi ilə itirilən su və mineralın bərpası üçün böyük əhəmiyyət daşıyan ayranın sağlamlıq baxımından son dərəcə faydalı bir içki olduğu fikiri bütün mütəxəssislər birləşir.

Ayran xüsusilə tərkibindəki yararlı qatıq bakteriyalarına görə, çox əhəmiyyətli bir içkidir. Heç bir yan təsiri olmadığı kimi sağlamlıq baxımından da olduqca faydalıdır.

Bildiyimiz kimi insan bədənində B vitamin çatışmazlığı depressiyaya gətirib çıxarır. B vitaminlə olduqca zəngin olan ayran bazar ertəsi sindromlarından, yuxusuzluğa, göz altı qaralmalardan qansızlığa qədər bir çox xəstəliyin çarəsi sayılır.

B qrup vitaminləri narahatlıq və stress simptomlarını yüngülləşdirməyə köməkçi ola bilər, beyində serotonin kimi hormonların istehsalı üçün əhəmiyyətlidir. Xüsusilə nizamlı bəslənə bilməyənlər hər gün bir stəkan ayran içərək bir çox xəstəlik riskini azalda bilərlər.

Yay isti günlərində hamilə qadınlar daha çox əziyyət çəkirlər. Xüsusilə, işləyən qadınlar üçün maye istehlakı çox önəmlidir. Ancaq su itirilən mineralları yerinə qoymaq üçün kifayət deyil. Bu səbəbdən xüsusilə, hamilə qadınlar yaz və yay ayları ərzində sərinləşdirici içki olaraq ayranı seçməlidirlər.

Ayran bağırsaq florasının stabilləşdirir və rahatlaşdırır. Həzm sistemindəki pozğunluqları aradan qaldırılmasında da müalicəvi təsiri var.

Bir sözlə, sağlam olmaq istəyən hər kəs bu yay aylarında ayranı evdən əskik etməməlidirlər.

Qeyd edək ki, ayranı nanəli və ya sadə hazırlaya bilərsiz. Nanəli ayranın faydası daha çoxdur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm