Aktrisa yazıçıya qalib gəldi
Bizi izləyin

Tabloid.az

Aktrisa yazıçıya qalib gəldi

Hollivud ulduzu Skarlet Yohansonla fransız yazıçısı Qrequar Delakurun məhkəmə çəkişməsi yekunlaşıb.

Hollivud ulduzu Skarlet Yohansonla fransız yazıçısı Qrequar Delakurun məhkəmə çəkişməsi yekunlaşıb.

“The Guardian” xəbər verir ki, Skarlet hələ may ayında yazıçını məhkəməyə verib. Delakur “Biz birinci nəyə baxırıq” kitabında baş qəhrəman Skarletə o qədər oxşayır ki, bəzən sevgilisi onları səhv salır.

Aktrisa yazıçını şəxsi həyatına müdaxilə etməkdə və imicini zədələməkdə ittiham edib. Məhkəmənin qərarına əsasən, Yohanson qalib gəlib və Delakur aktrisaya 2,5 min avro təzminat ödəyəcək.

Qrequar Delakur Fransanın tanınmış yazıçılarından biridir. Onun “Mənim arzularım” romanı 47 dilə tərcümə olunub və bestseller olub.

1937.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm