Ölmək istəyirsizsə, çipsi yeyin!
Bizi izləyin

Tabloid.az

Ölmək istəyirsizsə, çipsi yeyin!

Çipsi sağlamlığa ən çox ziyan vuran qidaların siyahısında liderdir

Cipsi xərçəng, köklük, diabet, sonsuzluq, qaraciyərin funksiyasının pozulması, alzheymer, parkinson və ürək xəstəliklərinə səbəb olur.

Sevə-sevə yediyimiz, dadından doymadığımız çipsi nədən və necə hazırlanır? Onların nə kimi zərəri var?
Öncə bildirək ki, çipsi iri kapitalist ölkələrin məhsuludur.

Tibb alimləri hesab edirlər ki, çipsi orqanizm üçün zərərli hesab edilən qidalardandı. Hormonal tərkibli olan çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur.
Xərçəng, köklük, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər çipsinin tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə tütünün də tərkibində mövcuddur.

Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, köklük, diabet, sonsuzluq, qaraciyərin funksiyasının pozulması, alzheymer, parkinson və ürək xəstəliklərinə səbəb olur.

Araşdırmalara görə, mütəmadi çipsi yeyən bir uşaq ildə 9 kilo yağ qəbul etmiş olur. Ümümdünya Səhiyyə Təşkilatı ilə Amerika Qida Təşkilatının (FDA) açıqlamasına görə, insan gün ərzində ən çox 6 qram duz, 65 qram yağ qəbul edə bilər. FDA gündəlik duz istifadəsinin göstərilən rəqəmlərdən 3 qram artıq olması halında infarkt və iflic riskinin 2 dəfə artacağı xəbərdarlığını edib.

ABŞ-ın Kaliforniya Universitetinin də araşdırmaları yağdan çox istifadə edənlərdə köklük riskinin 80%, ürək xəstəlikləri riskinin isə 60% çoxaldığını göstərib. İngiltərə Ürək Sağlamığı Vəqfi (BHF) 35 qramlıq çipsidə 2 çay qaşığı yağ olduğunu aşkarlayıb. Bu halda gündə 1 paket çipsi yeyən bir uşağın qəbul etdiyi yağ normadan çox olur.

“American Journal of Clinical Nutrution” adlı jurnalda isveçli və polşalı tədqiqatçıların apardığı araşdırmanın qorxuducu nəticələri yayımlanıb. Belə ki, mütəxəsislər araşdırma üçün seçilmiş 40 nəfərdən 4 həftə ərzində hər gün 160 qram çipsi yemələrini istəyiblər. Bir ayın sonunda araşdırmada iştirak edənlərin qanlarında akrilamid maddəsinin toplandığı, qandakı oksigen radikallarının çoxaldığı və ağ qan hüceyrələrinin aktivləşdiyi müşahidə olunub.

Çipsinin tərkibinin 13%-i yağdır. Hər gün bir paket çipsi yeyən insan 1 il ərzində təkcə bu qidadan 5 litr yağ qəbul edir. Mütəxəsislər ən azı siqaret qədər təhlükəli olan trans yağların istifadə olunmasına qarşı çıxırlar. İngiltərəli, amerikalı alimlər siqaretdə olduğu kimi çipsi paketlərinin də üstündə “sağlamlığa zərərlidir” sözlərinin yazılmasını tələb edirlər.

Çipsi ən gəlirli biznes sahələrindən biridir.

Məşhur çipsi markası “Lay`s”-ın 2011-ci ildəki dövriyyəsi 8,9 milyard dollar həcmində olub. “Lay`s” ötən il bir nömrəli qida brendi olub. Hər il dünyada 40 milyard paket çipsi satılır. Qonşu Türkiyədə çipsi ildə 800 milyon dollar gəlir gətirir. Bütün bunlar onun satışına qadağa qoyulmasına maneə olur. Bununla belə, alimlər sağlamlığa zərəri olmayan çipsilərin istehsalı üçün araşdırmalara başlayıblar. Yaxın vaxtlarda bu ləzzətli qidaların zərərsiz növü istehsal ediləcək.

Hələlik isə çipsi alarkən paketlərin üzərini diqqətli oxumaq və düzgün seçim etmək tövsiyə olunur. Çünki bütün çipsilər zərərli olsa da, bəzi firmaların məhsulları daha təhlükəlidir. Belə ki, paketin üzərinə pomidorlu və ya pendirli əvəzinə pomidor aromalı yazırsa, həmin çipsiləri almayın. Çünki belə çipsilərdə daha çox kimyəvi maddələr olur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm