Nadir Qafarzadənin konsertində baş verənlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadənin konsertində baş verənlər - Fotolar

Ötən gün Yaşıl Teatrda Nadir Qafarzadənin xanımına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konserti olub.

Ötən gün Yaşıl Teatrda Nadir Qafarzadənin xanımına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konserti olub.

Tabloid.az xəbər verir ki, gecəni ilk olaraq rəqs qrupu açıq elan edib.

Həyat yoldaşı ilə birgə konsert salonuna daxil olan müğənni Sevinc xanıma əsil şahzadələrə layiq bəzətdirdiyi kreslosunda əyləşdirərək, onun şərəfinə sevilən mahnılarını oxuyub. N.Qafarzadə mərhum sənətkar Hüseynağa Hadıyevin repertuarından olan “Sən olmuşam” mahnısını oxuyub. Daha sonra isə repertuarında yer alan sevilən mahnılarını bir-birinin ardına düzüb. Azərbaycanda ilk dəfə baş tutan konsertdə müğənnini ifaları zamanı onu rəqs qrupları müşayiət edib.

Xatırladaq ki, “Həyatımsan ömrüm qədər” adlı gecədə müğənni 23 mahnı ifa edib. Onlardan 4-ü yeni olub.

Yalnız sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə məxsus olan “Sevincim, Nadir incim” mahnısı isə məhz həmin gecə üçün yazılıb.

Konsertdən sonra N.Qafarzadənin ömür gün yoldaşı öz təəssüratlarını Tabloid.az-la bölüşüb:

“Konsert çox ürəyimcə oldu. Buna görə də həyat yoldaşıma təşəkkür edirəm. Nadir çox yaxşı dost və ailə başçısıdır. Allah bir günümüzü onsuz etməsin. O, əvvəl mənə konsert verəcəyini deyən zaman inanmadım. Fikrinin qəti olduğunu görəndə isə razı olmadım. Daha sonra isə razılığa gələ bildik. Əla konsert keçdi. Konsert başlayanda bir az həyəcanlı idim. Daha sonra isə hər şey qaydasına düşdü”.

N.Qafarzadənin konsertindən fotoları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm