Qadınların yeni dekolte dəbi kişilərin diqqətini çəkəcək - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadınların yeni dekolte dəbi kişilərin diqqətini çəkəcək - FOTOLAR

1990-cu ildə olduqca məşhur olan göbək zəncirləri bir müddətdən sonra dəb dünyasından itmişdi. 2010-cu ildə dizaynerlər göbək zəncirlərinin cazibəsini xatırlayaraq onu yenidən dəbə qaytarırlar. Bu zəncirlərin tarixinə nəzər salsaq, əslində hindli qadınlar

1990-cu ildə olduqca məşhur olan göbək zəncirləri bir müddətdən sonra dəb dünyasından itmişdi. 2010-cu ildə dizaynerlər göbək zəncirlərinin cazibəsini xatırlayaraq onu yenidən dəbə qaytarırlar. Bu zəncirlərin tarixinə nəzər salsaq, əslində hindli qadınların sarinin altından asdığı milli aksessuar olduğunu deyə bilərik. Zinət əşyalarının dəlisi olan hindli qadınlar milli geyimləri olan göbəyi açıq sari geyinən zaman bellərini də zəncirlə bəzəyirdilər. Avropalı qadınlar bu zəncir detalını bəyəndiyi üçün mənimsəyir və beləcə modada özünə yer tapır. Dünya ölkələrinin hər yerində yayılan göbək zəncirləri bohem stilinin də əvəzolunmaz detalıdır. Qadınların bu yeni dekolte dəbi kişilərin də diqqətini çəkəcək.

2014-cü ildə aksessuar kimi qarşımıza çıxan zəncir dəbinin qarşıdan gələn illərdə daha da trend olacağı proqnozlaşdırılır.

Göbək zəncirlərinin çiyinə, hətta ayağa taxılan modelləri də təklif olunur. Bu aksessuardan əvvəllər daha çox bikini ilə birlikdə istifadə edilərdi. Indi isə geyimlərin üstündən asıla bilir.

Dünya ulduzları arasında bu trendə ayaq uyduranlar çoxdur. Başda Rihanna olmaqla, Beyons, Vanessa Hadgens, Rosi Huntington və Keyt Hudson kimi ulduzların sevdiyi aksessuardır. Son zamanlarda Keyt Hudsonun bədən zəncirləri və Vanessa Hadgensin musiqi festivallarında ayağına taxdığı zəncirlər bu aksessuarın ön plana çıxmasına səbəb oldu.

Tərzindən asılı olaraq göbək zəncirlərini bədənin istənilən yerindən taxmaq olar. Şifon və nazik köynəklərin üstündən də taxmaq şansınız var. Tbaloid.az bədən zəncirlərinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm