İftar süfrələrinin bəzəyi: “Qırmızı tort”
Bizi izləyin

Tabloid.az

İftar süfrələrinin bəzəyi: “Qırmızı tort”

Dadlı və asan hazırlanan, iftar süfrələrinizin bəzəyinə çevriləcək tort resepti

Ramazanda insanlar ağır yeməklərdən, xüsusilə də şirniyyatdan uzaq dururlar. Bütün gün ac qalan orqanizmə birdən-birə çox şəkərli və yağlı qidalar yükləmək olmaz. Amma bu o demək deyil ki, oruc tutanlar ümumiyyətlə, dadlı şirniyyatdan məhrum olmalıdırlar. Sağlamlığa mənfi təsir etməyən, kökəltməyən və iftar süfrələrində də yer ayıra biləcəyiniz bir çox şirniyyat növləri var.

Tabloid.az sizin üçün dadlı və asan hazırlanan, iftar süfrələrinizin bəzəyinə çevriləcək tort resepti təqdim edir:

Lazım olan ərzaqlar:

- 200 qram kərə yağı

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 1litr süd

- Vanil

- 1 stəkan üyüdülmüş qoz ləpəsi

- Çiyələk cemi və ya mürəbbəsi

Hazırlanması:

Yağı əridib üzərinə unu əlavə edin və taxta qaşıqla qarışdırın. 15-20 dəqiqə unu yağda qovurun, daha sonra şəkər tozunu əlavə edib, qarışdırın. 1-2 dəqiqə sonra südü də əlavə edin.

Südü əlavə edəndə taxta qaşığı bir kənara qoyub əlinizə çırpıcı teli götürün və onunla qarışdırın. Əks halda un südün içərisində düyürlənib qalacaq. Vanili də əlavə edib dayanmadan qatılaşana qədər qarışdırın. Süd qaynamaq istəyəndə oddan götürüb, qarışdıra-qarışdıra əvvəlcədən islatdığınız şüşə qaba boşaldın.

Soyumasını gözləyin. Tam soyuduqdan sonra soyuducuya qoyun. 2 saat soyuducuda qaldıqdan sonra üzərinə cemi və ya mürəbbəni töküb hər tərəfinə bərabər halda yayın.

Bunun üzərinə üyüdülmüş ləpəni səpin.

Təkrar soyuducuya qoyun. Yenə 2 saat soyuducuda saxlayın. Daha sonra soyuducudan çıxarıb, istədiyiniz şəkildə doğrayın.

Tortunuz hazırdır.

Nuş olsun!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm