Azərbaycanlı tanınmışlar yenidən “Fort Boyard”da - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı tanınmışlar yenidən “Fort Boyard”da - Fotolar

“Fort Boyard”ın Azərbaycandan olan ulduz iştirakçıları artıq Fransadadırlar.

Artıq ikinci dəfə ATV kanalında lisenziyalı məşhur “Fort Boyard” televiziya şousuna start veriləcək.

Tabloid.az xəbər verir ki, Fransada Azərbaycan məşhurlarının iştirakı ilə start götürəcək tanınmış macəralı “Fort Boyard” tele-şousunun çəkilişləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATV telekanalı tərəfindən aparılacaq.

“Fort Boyard”ın Azərbaycandan olan ulduz iştirakçıları artıq Fransadadırlar. Layihə iştirakçıları arasında ATV telekanalının aparıcıları Afaq Gəncəli, Nərgiz Vahabqızı, Günay Firudinqızı, Kəmalə Piriyeva, Rüfət Ağayev, Kamilə Babayeva, aktyorlar Elşən Orucov, Ramin Babayev, Fərda Xudaverdiyev, əməkdar artist Vəfa Zeynalova, müğənni Günay İbrahimli, Nadir Qafarzadə, Xəyyam Nisanov, Elnur Məmmədov, Rəqsanə İsmayılova, Samir Cavadzadə, Elmir, rejissor Fuad Əlişov və başqaları iştirak edəcək.

“Fort Boyard” dünya şöhrətli televiziya şousudur. Burada hadisələr Biskay körfəzində, Primorskaya Şaranta sahillərindəki Boyard fortunda cərəyan edir. Proqram ilk dəfə olaraq 1990-cı ildə Fransanın “Antenne 2” telekanalında nümayiş olunub. Proqramın çəkilişləri 19-cu əsrdə Fransa sahillərində, Eks və Oleron adaları arasında tikilmiş qalada aparılır.

İştirakçı komandalar fort xəzinəsini qazanmaq üçün müxtəlif fiziki və əqli sınaqlara məruz qalaraq açarları və bilməcələri tapmalıdırlar.

Bu beynəlxalq layihənin lisenziyalı versiyasının aparıcıları Zaur Baxşəliyevlə Mətanət Əliverdiyeva olacaq.

Xatırladaq ki, ilk verilişin aparıcısı da məhz Zaur Baxşəliyev olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm