Tarkan “İnstagram”da partlayış etdi - Foto
Bizi izləyin

Tabloid.az

Tarkan “İnstagram”da partlayış etdi - Foto

Məşhur türkiyəli müğənni daha bir sosial şəbəkədə qeydiyyatdan keçib.

Tanınmış türk müğənnisi, meqastar Tarkan "Instagram" foto və video paylaşım platformasında üzvlüyünü açıqlayıb.

Ötən gün qeydiyyatdan keçən müğənninin izləyicisi 1 gün içərisində 70 mini ötüb. Tarkanın ilk olaraq, paylaşdığı şəkil isə "selfie" şəkillərindən biri olub və "merhaba" (salam) yazaraq izləyicilərini salamlayıb.

"Twitter"də 2 milyondan artıq izləyicisi olan müğənni yeni açdığı sosial şəbəkə hesabında bu yaxınlarda təqdim edəcəyi yeni mahnısı "Hop De"nin klip çəkilişlərini etdiyini də açıqlayıb.

anspress.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm