Bikini bölgəsini təmizləyərkən diqqətli olun
Bizi izləyin

Tabloid.az

Bikini bölgəsini təmizləyərkən diqqətli olun

Bikini bölgəsini təmizləyərkən diqqətli olun

Hovuza və dənizə rahat girə bilmək üçün bikini bölgəsini də təmizləmək lazım gəlir. Bəs bikini bölgəsini təbii tük çıxartma üsullarından istifadə edərək təmizləyən zaman hansı xoşagəlməz olaylarla qarşılaşa bilərsiniz? Bunlardan necə qorunmaq olar?

Cinsəl yolla keçən xəstəliklər

Yapışqan mumlar (lipuçka) infeksiyaya tutulma riskini artırır. Qıcıqlanmış dəridə qıl köklərində yırtıqlar və yaralar meydana gələ bilər. Bu yaralara infeksiyaya düşməməsi üçün gigiyenik təmizliyə xüsusi diqqət etmək lazımdır.

Yanıqlar

Yapışqan mum çox qaynardılarsa, əlinizlə toxunduğunuz zaman yanacağını hər kəs bilir. Buna görə də həssas bikini bölgəsinə tətbiq edən zaman yanıqlar meydana gələ bilər. Tüklərin mum üsulu ilə təmizlənməsi peşəkar tərəfindən edilməlidir. Əks halda yanıq və dəri qıcıqlanmasının baş verməsi qaçılmazdır.

Batmış qıl kökləri

Qalın tüklər yapışqan mum vasitəsi ilə çıxarıldığı zaman kökləri nazikləşir. Bu zaman tüklər zəif olduğu üçün dərinin altında qalır. Dərinin altnda qalan tüklər dəridə xoşagəlməz görüntü və problem yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm