Tabloid.az
Nigar Camal sevdiyi kişilərdən danışdı -Fotolar
2011-ci "Eurivision" mahnı müsabiqəsində
Azərbaycana birincilik gətirən (Eldar Qasımovla birlikdə) müğənni
Nigar Camal (Nikki) Türkiyənin mətbuatına müsahibə verib.
Türkiyənin "Posta" qəzetinə maraqlı açıqlamalar verən Nikki qardaş
ölkədə "X Factor - Ulduz işığı" müsabiqəsinin jüri üzvü kimi özünü
sevdirməyə başlayır.
“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal
müsahibəsində "Eurivision"-da qalib olduqdan sonra həyatında baş
verən dəyişikliklərdən və ən əsas da şəxsi həyatından söz açıb.
"Həyatımda eşq, məhəbbət yoxdur. Belə işlərim çox gözəldir. Eşq
olanda işlər çətinləşir. Mənim eşqim - qızlarım, anam-atam, və yeni
layihələrimdir." - deyə müğənni eşqlə bağlı fikirlərini
bildirib.
Qısqanc olsa belə bunu üzə vurmamağa çalışdığını söyləyən Nikki
qısqanılmağı da xoşlamadığını qeyd edib.
Müğənni hərəkətli, zarafat edən, danışmağı sevən, gülərüzlü,
pozitiv olan və zəhlə tökməməyə çalışan kişiləri sevdiyini
vurğulayıb. Türk kişilərini isə dünyanın ən yaraşıqlı kişiləri
olaraq göstərib: "İtaliyaya getmişdim, oradakı kişilər də
yaraşıqlıdırlar amma müsəlman deyillər. Mədəniyyətləri fərqlidir.
İtalyan kişilərdənsə, türk kişilərini seçərəm."
Nikki ailə münasibətlərinə də aydınlıq gətirib. Biri 7, digəri isə
8 yaşında - iki qızı olan Nikki boşandığını, lakin keçmiş əri ilə
münasibətlərini dost kimi davam etdirdiklərini bildirib.
Anspress.com
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?